atatv.az
atatv.az

Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı - QƏRAR

11-04-2019, 09:58

Nazirlər Kabinetindən məktəb direktorları ilə bağlı - QƏRAR

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.

Belə ki, ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manatdan 587 manata qaldırılıb.

Direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

Qeyd edək ki, direktor müavinlərinin aylıq maaşı 482 manat olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930