atatv.az
atatv.az

“Elina ilə danışan icra başçısının müavinidir” – Röya

11-04-2019, 16:02

“Elina ilə danışan icra başçısının müavinidir” – Röya

Əməkdar artist Röya Ayxan 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində məktəblinin intihardan sonrakı videosunu yayıb.
Röya qeyd edib ki, E. Hacıyeva ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Çox şükür ki, ona və o günə… Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.

“Qafqazinfo” məsələyə münasibət öyrənmək üçün Xalidə Bayramova ilə əlaqə saxlayıb. O bildirib ki, hazırda intihar hadisəsiylə bağlı istintaq gedir: “Bu səbəbdən geniş danışmaq istəmirəm”.

“Elina ilə danışan icra başçısının müavinidir” – Röya
Xalidə Bayramova
İcra başçısının müavini bildirib ki, istintaqdan sonra lazım gələrsə, bu barədə danışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930