atatv.az
atatv.az

"Gör, direktor Elinaya nələr deyib ki, o, intihar edib" - Xalq artisti

12-04-2019, 15:39

"Gör, direktor Elinaya nələr deyib ki, o, intihar edib" - Xalq artisti
Xalq artisti Brilliant Dadaşova intihar edən 8-ci sinif şagirdi Elina haqda danışıb.

Atatv.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Hər şey daxil" verilişində deyib ki, üç gecədir yata bilmir:

"Uşağın özünü atmasına görə gecələr yata bilmirəm. Biz ağır gündə, 20 Yanvarda küçəyə çıxan xalqıq. Nə oldu ki, belə vəhşiləşdik, bir-birimizə qarşı amansızlaşdıq? Bunlar mənə təsir edir. Gələcəyimiz bu gedişlə çətin olar.

Həmin direktoru işdən çıxarmaq kifayət deyil, ona cəza verilməlidir. Ölkə başçısı insanlar üçün nələr edir. 10 milyonuncu sakinə olan diqqəti gördük.

Uşaq intihar edir, həyatına son qoyur. Qalxıb deyir ki, əxlaqsız ailədəndir. Gör, sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki, o, intihar edib. Bundan sonra özümə gəlmək üçün mənə bir ay vaxt lazımdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930