atatv.az
atatv.az

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

15-04-2019, 12:48

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı
İctimai Televiziyada (İTV) yayımlanan "Dağıntılar altında" serialında Şahmar obrazını yaradan aktyor Səmimi Fərhad yenidən layihəyə qayıdıb.

Atatv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, maaşını vaxtında ala bilmədiyi üçün serialdan gedən aktyor kanal rəhbəri Balakişi Qasımovla görüşüb. Onlar müzakirələr apardıqdan sonra Səmimi Fərhad seriala qayıtmaq qərarına gəlib. Aktyor bu barədə sosial şəbəkədə yazıb:

"Görüşə "MediaMaster" şirkətinin rəhbəri Rüstəm Əliyev, rejissorumuz Tural Baxış və mən dəvət olunmuşduq. Görüş son dərəcə obyektiv və səmimi fikir mübadiləsi əsnasında keçdi. Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağına dair vəd etdi.

Mən də öz növbəmdə, hörmətli Balakişi Qasımovun təklifinin və məni Şahmar obrazında sevib, ekran başında gözləyən tamaşaçılarımın haqqını qaytarmaq üçün, seriala geri döndüm".

Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031