atatv.az
atatv.az

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”

24-04-2018, 15:29

Aydın Əliyev DANIŞDI: – “Həyat bunu göstərir”
Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev vəzifəsindən azad olunmasından danışıb.

O, Unikal.org-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin kimisə vəzifədən azad etməsi ilə bağlı qərarı müzakirə olunmur:

“Cənab Prezident İlham Əliyevin verdiyi əmr və qərarlar müzakirə olunan deyil. Ölkə başçısının barəmdə verdiyi sərəncamını da düzgün hesab edirəm, çünki həyat da bunu göstərir. Uzun illərdir Dövlət Gömrük Komitəsində çalışmışam. Hər zaman cənab prezident zəhmətimizə yüksək qiymət verib. Ölkə başçısının apardığı kadr islahatları tamamilə düzgündür. Azərbaycanının daha da inkişafı üçün yeni qüvvələr lazımdır. Hesab edirəm ki, cənab Prezident tamamilə düzgün qərar qəbul edib”.

Bundan sonra hansı işlə məşğul olmasına gəlincə, Aydın Əliyev “Hələ bilmirəm və bunu gələcək göstərəcək. Bir müddət istirahətimə üstünlük verəcəm” – deyə cavab verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031