atatv.az
atatv.az

Ronaldu 9 il sonra ilk dəfə

17-04-2019, 11:35

Ronaldu 9 il sonra ilk dəfə

Portuqal hücumçu Kriştianu Ronaldunun komandası Çempionlar Liqasının 1/4 finalının mərhələsini tərk edib.

Atatv.Az goal.az-a istinadən xəbər verir ki, Ronaldunun çıxış etdiyi Turinin "Yuventus" klubu Çempionlar Liqasının 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə "Ayaks"a uduzub.

Qeyd edək ki, qarşılaşmanın 28-ci dəqiqəsində hesabı Kriştiano Ronaldu açıb. Lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə topuna imza atıb.

Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə Çempionlar Liqasının 1/4 final mərhələsini tərk edib.

Daha əvvəl Ronaldo 2010/11-ci illərin mövsümündən başlayaraq daim "Real Madrid"lə Çempionlar Liqasının yarımfinallarında oynayıb. Buna qədər isə portuqaliyalı 2006-cı ildən 2009-cu ilə qədər "Mançester Yunayted"lə üç dəfə ən güclülərin dördlüyünə çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930