atatv.az
atatv.az

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

18-04-2019, 10:32

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Atatv.az qol.az-a istinadən xəbər verir ki, bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşib.

"Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə "Tottenhem"ə 0:1 hesabı ilə uduzan "Mançester Siti" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Dramatik görüşdə "Şəhərlilər" 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib.

Qeyd edək ki, "Liverpul" yarımfinalda "Barselona", "Tottenhem" isə Ayaks"la qarşılaşacaq.
Çempionlar Liqası

1/4 finalın cavab oyunları

17 aprel

23:00. "Portu" - "Liverpul" - 1:4
Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4)
İlk oyun - 0:2

23:00. "Mançester Siti" - "Tottenhem" 4:3
Qollar: R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3)
İlk oyun - 0:1
16 aprel

"Barselona" - "Mançester Yunayted" - 3:0
Qollar: L. Messi, 16, 20, F. Koutinyo, 61

"Yuventus" - "Ayaks" - 1:2
Qollar: K. Ronaldo, 28, D. van de Bek, 34, M. de Lixt, 67






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930