atatv.az
atatv.az

Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi

22-04-2019, 14:56

Tahir İmanov arzusuna çatdı - Mərkəzi küçəyə babasının adı verildi


Bu barədə azvision.az-a bəstəkarın nəvəsi, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.


O bildirib ki, Süleyman Ələsgərovun adının verildiyi küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir.

"Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirələr gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi”.
Qeyd edək ki, Əməkdar artist Tahir İmanov bu yaxınlarda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə babası Süleyman Ələsgərovun adına küçə verilməsi təklifi ilə çıxış edib. Ölkə başçısı onun təklifinə müsbət cavab verərək Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930