atatv.az
atatv.az

Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

22-04-2019, 16:49

Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakıda burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı açıqlama verib.

Anews.az bildirir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, hadisə özəl klinikada olduğuna görə, nazirliyə heç bir müraciət daxil olmayıb:

"Özəl xəstəxanalarda hər hansısa bir hadisə bizə müraciət olunduqda araşdırılır. Hələlik bu barədə bizə heç bir məlumat verilməyib. Həmin xəstəxanadan müraciət edilərsə, məsələ nazirlik tərəfindən araşdırılacaq".

S.Əhmədova qeyd edib ki, müraciət ölən şəxsin yaxınları və ya xəstəxanadan daxil olmalıdır.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031