atatv.az
atatv.az

Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu

25-04-2018, 13:31

Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.

Atatv.az-ın report-a istinadən məlumatına görə, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Anar Hüseynov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Xatıladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Prezident İlham Əliyevin aprel ayının 21-də imzaladığı sərəncam ilə vəzifəsindən azad olunub və Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930