atatv.az
atatv.az

YAŞASAYDI, 50 YAŞI OLACAQDI Əfsanəvi qəhrəman haqqında

26-04-2019, 09:30

YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında

Beynəlxalq Diaspor Mərkəzi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun yubileyi münasibətilə tədbir keçirib

Qarabağ müharibəsi dövründə qanlı savaş meydanlarındakı şücaətlərinə görə əfsanəyə çevrilib. Göstərdiyi qəhrəmanlıqlar haqqında hər kəs danışıb. Bu səbəbdəndir ki, igid Vətən oğlunun adını döyüş dostları öz tanklarına verib. Əlindən yanıqlı erməni daşnakları isə, onun başına yüksək pul mükafatı qoyub.
Elə, göstərdiyi qəhrəmanlıqlara görə də, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə, tank komandiri Albert Aqarunoviç Aqarunov ölümündən sonra
doğma Vətənin ən yüksək mükafatına -- “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
1969-cu ilin aprel ayının 25-də Bakı şəhərində anadan olan, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, getdiyi peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnən, 1987-ci ildə hərbi xidmətə çağırılıb, xidməti vəzifəsini Gürcüstanda yerinə yetirən zaman tank komandiri olan, doğma Bakıya döndükdən sonra isə, Suraxanı Maşınqayırma zavodunda işləyən Albert Aqarunov Vətənin dar günlərində könüllü olaraq cəbhəyə gedib. Hərbi hissədə tank komandiri təyin edildikdən sonra, Şuşa cəbhəsinə yollanıb. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən şiddətli döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
1992-ci ilin may ayının 8-də isə...
...Səhər tezdən Şuşada erməni quldurlarının tankları görünüb. Tank komandiri düşmənin zirehli texnikasından birini yaxın məsafədən tək atəşlə məhv edib. Vətən təəssübünü hər şeydən üstün tutan əfsanəvi tankçının bununla qəzəbi soyumayıb və yenidən irəli atılıb. Növbəti sərrast atəşlə düşmənin daha bir tankını susdurub. Sevincdən bilməyib nə etsin; Sıradan çıxardığı düşmən tanklarına baxmaq istəyib. Bu zaman, özü də snayper gülləsinə tuş gəlib...
...Vaxtilə təhsil aldığı orta məktəb bu əfsanəvi qəhrəmanın adını daşıyır. Bu təhsil ocağının bütün müəllim və şagird kollektivi buna görə yüksək qürur hissi keçirir. Milli Qəhrəmanımızın şərəfinə keçirilən hər bir tədbir onun doğma və yaxınları ilə bərabər, bu məktəb kollektivi üçün də həmişə şirin və maraqlı olur.
Dünən Albert Aqarunovun doğum günüydü. Yaşasaydı, Milli Qəhrəmanımızın 50 yaşı tamam olacaqdı! Aramızda olmasa da, yubileyi şərəfinə Beynəlxalq Mətbuat Mərkəzində
hamıya xoş gələn daha bir möhtəşəm tədbir keçirildi. Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın dövlət himni səsləndirildi. Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu bu tədbiri, həmin təşkilatın rəhbəri
İsmayıl Ağayev açaraq, öz çıxışında Albert Aqarunovun şərəfli həyat yolundan, onun döyüşlərdə iştirakından danışdı. Tariximizdən söz açarkən, onu da xüsusi vurğuladı ki, bütün dövrlərdə Azərbaycanda yaşayan azsaylı xalqların övladları da, doğma Vətən torpağını özlərinə canlarından əziz bilib və bura göz dikən yağı düşmən üstünə, qorxub-cəkinmədən gediblər: "Bu, həmişə Azərbaycanda olan xoş tolerantlıq mühitinin nəticəsidir. Azərbaycanda əhalinin 91 faizini azərbaycanlılar, qalan hissəsini isə, digər xalqlar təşkil edir. Azərbaycan ta qədimdən müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir. Bu torpaqda məskunlaşan yəhudi, ləzgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss ediblər.
Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyətində daim milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirib və əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edib, öz milli-mədəni rəngarəngliyini cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirib.
Bu səbəbdəndir ki, bu torpaqda yaşayan bütün xalqların övladları canlarını Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda etməkdən çəkinməyiblər. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli Albert Aqarunov da, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə canından keçməyə həmişə hazır olduğunu bildirib. Könüllü olaraq, Qarabağ uğrunda düşmənlə savaşa getməyi də özünə şərəf bilib. Dediklərimin inkarsız sübutu odur ki, Albert də, digər Azərbaycan vətəndaşları kimi, həyatını Azərbaycanın torpaqları uğrunda fəda etməkdən çəkinməyib".
Yubiley tədbirində çıxış edən
xalq şairi Sabir Rüstəmxanlı isə bildirib ki, Azərbaycanda dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs sərbəst yaşayıb: "Məhz bunun nəticəsidir ki, qeyri-müsəlman əhalinin də bu ölkəyə məhəbbəti sonsuzdur. Albert Aqarunov yəhudi əsilli olsa da, bir Azərbaycan vətəndaşı kimi, bu dövlətə borcunu canı ilə ödədi və qəhrəman Vətən övladı kimi şəhid oldu. Xalqımız isə, bu qəhrəman övladının xatirəsini daim uca tutmağı özünə borc bilir".
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli isə, öz çıxışında Albert Aqarunovun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O, bildirib ki, Qarabağ müharibəsinin başlaması ilə, könüllü olaraq cəbhəyə yollanan Albert Aqarunov hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbələr vurub.
Türkiyəli qonaq, Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin sədri Göksel Gülbey çıxışında Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması baxımıdan keçirilən tədbirin əhəmiyyətli olduğunu bildirib. Erməni işğalına qarşı mübarizədə Türkiyə dövlətinin və ictimaiyyətinin daim qardaş Azərbaycanın yanında olduğunu qeyd edib.
Milli Qeyri-Hökümət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni isə, öz çıxışında ictimai təşkilatların vətəndaş cəmiyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində fəaliyyətlərini daha da genişləndirməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, Albert Aqarunovun yubiley tədbirinin keçirilməsinin gözəl bir hadisə olduğunu qeyd edib.
Yubiley tədbirində Beynəlxalq İnsan Haqları Müdafiə Komitəsinin rəsmisi Firdovsi Ələkbərov, 9 qat dünya çempionu Araz Musayev, Gəncliyə Yardım Fondunun Vitse-prezidenti Salman Əliyev, BİHMK-nın Azərbaycan nümayəndəliyinin eksperti Elçin Axundzadə, siyasi politoloq Qulu Məhərrəmli, Əli Qasımov və başqaları çıxış edərək, Albert Aqarunovun göstərdiyi igidlik nümunəsinin Azərbaycan tarixində daim yaşayacağını qeyd ediblər.
Moskvada fəaliyyət göstərən Sionist Təşkilatının Vitse-prezidenti dr. Aleksandr Şhobiro Suliman isə, tədbirə telefon vasitəsilə qatılaraq, Milli Qəhrəman Albert Aqarunovu yad edib. Bildirib ki, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi mükafatına layiq görülən bu qəhrəmanla daim fəxr edirlər.
Tədbirin sonunda Albert Aqarunovun qardaşı, Beynəlxalq Diaspor Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Rantik Aqarunov çıxış edərək, qardaşının xatirəsini daim əziz tutduğu üçün, Azərbaycan xalqına öz minnətdarlığını çatdırıb.
Tədbirdə Milli Qəhrəmanımızın xatirəsinə həsr olunmuş videoçarxlar da nümayiş olunub və xüsusi maraq doğurub.

AtaTv.az xəbər portalının informasiya şöbəsi


YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında
YAŞASAYDI, 50 YAŞI OLACAQDI  Əfsanəvi qəhrəman haqqında






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031