atatv.az
atatv.az

Bakıda dərsdən evə gedən 13 yaşlı qız yoxa çıxdı - FOTO

27-04-2019, 11:53

Bakıda dərsdən evə gedən 13 yaşlı qız yoxa çıxdı - FOTO
Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

BAKU.WS xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır.


Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən BAKU.WS-ə bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930