atatv.az
atatv.az

Deputatlar mayda hansı məsələləri müzakirə edəcəklər?

29-04-2019, 12:13

Deputatlar mayda hansı məsələləri müzakirə edəcəklər?

Milli Məclisin (MM) may ayında keçiriləcək ilk plenar iclasının vaxtı məlum olub.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, növbəti plenar iclas mayın 3-də keçiriləcək.

İclasın gündəliyi hələlik tam müəyyənləşdirilməsə də, iclasda “Aqrar sığorta” haqqında yeni qanun layihəsi (birinci oxunuş), həmçinin, “Fitosanitar nəzarəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və digər qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirə ediləcək

Qeyd edək ki, may ayı ərzində ən azı 3 plenar iclasın keçirilməsi gözlənilir.
Onu da qeyd edək ki, mayın 31-də yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Bununla belə, ənənəvi olaraq, iyun ayında parlamentin növbədənkənar sessiyası çərçivəsində MM-in daha bir neçə iclası baş tutacaq.

İyunun sonları, iyulun əvvəllərində isə millət vəkilləri yay tətilinə çıxacaqlar.

Millət vəkilləri bir də sentyabrınn 15-də növbəti payız sessiyasının başlaması ilə əlaqədar, tətili başa vuraraq, komitə iclaslarına qatılacaqlar.

Növbəti payız sessiyası isə oktyabrın 1-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031