atatv.az
atatv.az

Universitetlərimizdə təhlükəsizlik necə qorunur? - VİDEO

30-04-2019, 15:09

Universitetlərimizdə təhlükəsizlik necə qorunur? - VİDEO

Azərbaycan Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsindən 10 il keçdi.

2009-cu ilin bu günü universitetin binasına daxil olan şəxs qarşısına çıxan hər kəsə silahla atəş açmağa başlamışdı. Hadisə 12 nəfərin ölümü, 13 nəfərin isə yaralanması ilə nəticələnmişdi. Ölənlərin hər biri tələbə və müəllim idi.

Bu məsələ universitetlərdə təhlükəsizlik məsələsini gündəmə gətirdi və aktuallığını hələ də qoruyur.


Baku TV-nin əməkdaşları universitetlərdə mühafizə sisteminin necə təşkil olunduğunu öyrənmək üçün paytaxtın bir neçə böyük ali təhsil ocağında eksperiment keçirib.

Belə ki, TV əməkdaşı sadə vətəndaş kimi bir neçə universitetin ərazisinə daxil olaraq təhlükəsizlik sisteminin necə təşkil olunduğunu yoxlayıb.

Eksperiment Azərbaycan İqtisadiyyat Universitetinin Nərimanov rayonunda yerləşən filialından başlanıb.

Jurnalist universitetə asanlıqla daxil olub.

Eyni vəziyyət həmin ərazidə yerləşən Azərbaycan Pedeqoji Universitetində də yaşanıb.

Daha sonra Baku TV əməkdaşı Azərbaycan Dillər Universitetinin təhlükəsizlik sistemini yoxlamaq üçün binaya daxil olmağa çalışıb.

Burada isə binaya daxil olmaq cəhdi baş tutsa da, mühafizə xidmətinin əməkdaşları binanın içərisində onu tanıyıb.

Bakı Slavyan Universitetində isə təhlükəsizlik sisteminin qorunması standartlara uyğun aparılır.

Belə ki, burada hər bir müəllim və tələbə heyəti giriş kartı ilə universitetə daxil olurlar.

Son olaraq isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin korpuslarında təhlükəsizlik sistemi yoxlanılıb.

Jurnalist universitetin heç bir korpusuna daxil ola bilməyib.

Qeyd edək ki, burada universitetə daxil olmaq üçün tələbə biletinin tələb olunmasından əlavə, tələbə və müəllimlərin üst-başları da yoxlanılır.

Qısa eksprementdən aydın olub ki, bəzi universitelərimizin təhlükəsizlik sistemində hələ də boşluqlar mövcuddur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031