atatv.az
atatv.az

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur - FOTO

30-04-2019, 18:20

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur - FOTO

Azərbaycan "IDEF-2019" sərgisində təmsil olunur.

Atatv.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olan "IDEF-2019" XIV Beynəlxalq müdafiə sənayesi sərgisinə 53 ölkədən 1061 şirkət və 500-dən çox rəsmi nümayəndə heyəti qatılıb.

Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev də iştirak edib.

"IDEF-2019" sərgisində milli paviliyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar tədbirin ilk günü ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər güc qurumlarının nümayəndələri Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Y.Musayevin dost və müttəfiq ölkələrin rəsmi nümayəndə heyətləri, habelə bu sektorda fəaliyyət göstərən aparıcı firmaların nümayəndələri ilə görüşləri təşkil olunacaq.

Sərgi işini mayın 3-dək davam etdirəcək.

Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur - FOTO
Azərbaycan silahları beynəlxalq sərgidə nümayiş olunur - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930