atatv.az
atatv.az

İşığın da limiti artırılacaq?

1-05-2019, 11:21

İşığın da limiti artırılacaq?

Ötən gün Tarif (qiymət) Şurası tərəfindən təbii qaza tətbiq edilən limitə yenidən baxılaraq, artırılıb.

Qaz limiti mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Bundan əvvəl isə limit 1 700 kubmetr idi.

Bəs elektrik enerjisinə tətbiq olunan limit artırıla bilərmi?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı "Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev açıqlamasında bildirib ki, "Azərişıq” sadəcə, icraçı strukturdur:

"ASC tərəfindən elektrik enerjisinin limitinin artırılması barədə heç bir təklif verilməyib. Bizim qurum icraçıdır. Tarif Şurası nə qərar verəcəksə, onu icra edəcəyik”.

Qeyd edək ki, qaz və işığın qiyməti ilə bağlı Tarif Şurasının 2016-cı ilin 28 noyabr tarixində qərarı ilə hər iki kommunal xidmətin tarifində artımlar olub və differensial qiymət tətbiqi başlayıb. Yəni müəyyən limit həddindən sonra istehlakçılar istifadə etdikləri qaz və işığın qiymətini daha baha ödəyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930