atatv.az
atatv.az

"Eurovision"da səsləri Faiq Ağayev elan edəcək

1-05-2019, 16:08

"Eurovision"da səsləri Faiq Ağayev elan edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

Atatv.Az axşam.az-a istinadən bildirir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək.

Ağayev yarışmanın qaydalarına əsasən final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda "Truth" (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.

Şüarı "Arzulamağa cürət et" (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31