atatv.az
atatv.az

Qazın limiti ilə bağlı "Azəriqaz"dan vacib açıqlama: Bu gündən...

1-05-2019, 17:19

Qazın limiti ilə bağlı "Azəriqaz"dan vacib açıqlama: Bu gündən...

Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırıldı.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev Publika.az-a açıqlamasında bildirib ki, ötən gün qəbul olunan qərardan sonra artıq 500 kubmetr sayğacların balansına əlavə edilib:

"Mayın 1-dən etibarən smart sayğaclarda aparılan ödəniş əməliyyatında bu yenilik tətbiq edilib, mexaniki sayğaclarda göstəricilərin oxunması işinə başlanılıb. Bu proses iki günə yekunlaşacaq və hesablamalar aparılacaq. Limiti keçməyən abonentlər üçün ciddi bir dəyişiklik olmayacaq. Sadəcə onlar bundan sonra 2200 kubmetrə qədər 0.10 qəpik tarifi ilə ödəniş edəcəklər. 1700 kubmetr limiti keçən abonentlər isə bu gündən etibarən verilən əlavə 500 kubmetrdən də 0.10 qəpiklə istifadə edəcək. Bu abonentlərin də sayı çox deyil”.

Qeyd edək ki, artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930