atatv.az
atatv.az

Ermənistanda qaz bahalaşdı - Sürücülər etiraz edir

2-05-2019, 16:59

Ermənistanda qaz bahalaşdı - Sürücülər etiraz edir

Yerevanın yanacaqdoldurma məntəqələrində qaz bahalaşıb.

Bu haqda "Jamanak” yazır.

Nəşrin məlumatına görə, rəsmi Yerevan yanacağın bahalaşmayacağını bildirsə də, qiymət azı 10% artıb.

Bahalaşmaya səbəb Ermənistanda mayın 1-dən etibarən qazın kubmetrlə deyil, kiloqramla satılmasıdır.

Qeyd edək ki, Ermənistanda hazırda qazın bir kiloqramı 300 drama (təminən bir manat - red.) satılır. Maya qədər isə bir kubmetri 220 drama (təxminən 80 qəpiyə - red.) satılırdı.

Qeyd edək ki, qazın bir kubmetri kiloqramdan təxminən 720 qram azdır. Müvafiq olaraq ümumi qiymət üzrə ƏDV və aksiz də qaldırılıb.

Qiymətin bahalaşması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb. Çoxları rəsmi Yerevanın qiyməti bu yolla artırmaqla əhaliyə "kələk” gəldiyini iddia edir.

oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930