atatv.az
atatv.az

Əbülfəs Qarayev: "Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir"

2-05-2019, 17:01

Əbülfəs Qarayev: "Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir"
"Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir".

Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib

Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:

"BMT-nin Baş katibi bizim bu forumu mədəniyyətlərarası dialoq üçün mühüm platforma adlandırıb. Bundan əvvəl Bakıda keçirilən son 4 forum da dinlərin rolu, dayanıqlı inkişaf, təhlükəsizlik kimi mühüm mövzuları əhatə edib".

Ə.Qarayev vurğulayıb ki, mədəniyyətlərarası dialoq Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin qurulmasına mühüm töhfə verir:



"Azərbaycan bundan sonra da mədəniyyətlərarası dialoqa töhfə verməkdə davam edəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930