atatv.az
atatv.az

"Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev

3-05-2019, 14:27

"Onun ölüm xəbərini eşidəndə bir həftə özümə gələ bilmədim" - Manaf Ağayev

Müğənni Manaf Ağayev "Şou Atv" proqramının qonağı olub.

BiG.AZ xəbər verir ki, o, Azərbaycanın xalq artisti, mərhum sənətkar Məmmədbağır Bağırzadə haqqında xatirələrindən danışaraq qeyd edib ki, biz o sənətkarın çörəyini yeyirik:

“Mən qorxmadan deyə bilərəm ki, biz hamımız bu gün Məmmdəbağırın çörəyini yeyirik. O vaxtlar maqnitofonu qoşub gözləyirdim ki, bu gün mütləq Məmmədbağır yeni mahnı oxuyacaq, bizdə ondan mahnını götürüb çörək qazanacayıq. Çünki o dövrdə biz hardan bilirdik ki, mahnı nədir, necə olur? Yatmayıb gözləyirdik ki, Aztv-nin yeni il proqramında mütləq yeni mahnı oxuyacaq”.

“Mən inanmıram ki, onun sənəti haqqında kimsə nə isə deyər. Heç kimin başı üçün deyil ki, o sənətkar haqqında pis fikir səsləndirsin”.- deyə müğənni qeyd edib.

Manaf Ağayev sənətkarın ömrünün son anlarından söz açaraq təəssüflənib:

“Onun ölüm xəbərini eşidəndə mənim üçün incəsənət aləminin hamısı qırıldı. Bir həftə özümə gələ bilmədim. İbrahim Tatlısəsdən onun heç bir fərqi yox idi, biz onun qiymətini bilmədik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031