atatv.az
atatv.az

Mayın 4-nə olan hava proqnozu

3-05-2019, 15:07

Mayın 4-nə olan hava proqnozu

Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.


Mayın 4-nə olan hava proqnozu
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930