atatv.az
atatv.az

ANS TV açıla bilər- MTRŞ-dan AÇIQLAMA

6-05-2019, 15:49

ANS TV açıla bilər- MTRŞ-dan AÇIQLAMA

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub aldığını açıqlayıb.
V.Mustafayevin sözlərinə görə, məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığının tam sübuta yetirildiyi bildirilib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev Modern.az-a deyib ki, rəsmi sənədlə tanış olmadan konkret fikir bildirməkdə çətinlik çəkir: “Məlumatım olmadığı üçün nə deyə bilərəm? Hazırda mənim əlimdə Baş Prokuroluğun sənədi yoxdur bilim ki, bu həqiqətdir, yoxsa yox. Mən o sənədi görməmiş heç nə deyə bilmərəm”.
A.Hacıyev “Bu sənədi görəcəyiniz və deyilənlərin həqiqət olduğuna əmin olacağınız təqdirdə ANS-in fəaliyyəti bərpa oluna bilərmi” sualına cavabında “Bilmirəm, sənədi görəndən sonra danışarıq”,- cavabını verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930