atatv.az
atatv.az

Heydər Əliyev: Avrasiyanın son mogikanı kimi

7-05-2019, 21:23

Heydər Əliyev: Avrasiyanın son mogikanı kimi
Namiq Atabəyli
(Yazıçı-publisist. 1994-2004-cü illərdə Ulu Öndərin
Mətbuat xidmətində böyük məsləhətçi olmuşdur.)

Hələ 1990-cı ilin iyununda “Azərbaycan müəllimi” qəzeti (20.VI. № 46/ 6982) üçün yazıçı Əkrəm Əylisli ilə “İnsan olduğumuz yerdən...” adlı bir müsahibə hazırlamışdım. Burada antiəliyevçi kampaniya aparanlara qarşı öz fikirlərimi səsləndirmişdim. Onda Əkrəm ilə fikirlərimiz üst-üstə düşürdü: bizim ümumi fikrimizcə, Azərbaycan KP MK-nın keçmiş birinci katibi, Sov.İKP Siyasi Bürosunun keçmiş üzvü kimi Heydər Əlirza oğlu totalitar rejimin mürtəce tarixi xarakterindən irəli gəlmiş siyasi fəsadlara görə birbaşa məsuliyyət daşıya bilməzdi. Çünki kommunizmin ideoloji-fəlsəfi əsasları onun tərəfindən hazırlanmamışdı. Bizə görə, böyük bir ölkədə baş vermiş müxtəlif repressiyalara, kütləvi həbslərə və siyasi diskrimassiyalara görə marksizm-leninizm baniləri sorumlu sayılmalı idilər... Durğunluq dövrü, Beşilliklər və s. mövzular ətrafında yaradılmış sünii ajiotajlar Kommunist-totalitar sistemə haqq qazandırmaq üçün qurulmuş ssenarilərdi. Odur ki, Heydər Əliyevin də keçmiş kommunist fəaliyyətinə tarixi yanaşma üçün tamamilə yeni elmi-metodoloji baxış tələb olunurdu. Lakin istər respublika daxilində, istərsə də Ümumittifaq miqyasında antiəliyevçi kampaniyaları aparanların belə bir məqsədləri yox idi...
Mənim bildiyim qədəri 2010-cu ildən yazıçı Əkrəm Əylisli Heydər Əliyevə münasibətdə əvvəlki mövqeyini tamamilə dəyişmişdir. Əlbəttə, bu onun öz işidir. Mən kimsədən hər hansı əqidəyə xidmət etməyi tələb edə bilmərəm. Əgər belə bir haqqım olsa idi, ilk öncə 90-cı illərdə “müxalifət qəzetlərini” tirajdan kənar sayda rayonlara göndərib, əhalidə antiəliyevçi siyasi ruhiyə yaratmağa çalışmış indiki psevdo-əliyevçi “Milli jurnalistika bosslarına” üzümü tutardım. İndi “Mövqe” sərgiləyənlər, sual doğur, həmin çətin tarixi dövrlərdə nə üçün ağızlarına su alıb susmuşdular?!
Əkrəm Əylislini bu gün çox gözəl başa düşürəm: Yevgeni Zamyatinin “Biz” (1920), Oldos Xakslinin “Bu yeni vəhşi dünya”(1932) və Corc Orvellin “1984-cü il” romanlarındakı total siyasi əxlaqsızlıqların dahiyanə təsvirlərini, mən əminəm ki, yazıçı Əkrəm Əylisli məndən daha əvvəl oxuyub qiymətləndirmişdi... Amma hər halda bununla belə Əkrəmin “Böyük tıxac” romanını təqdir etmirəm. Azərbaycan siyasi gerçəkliyində “siyasi mollanümalıq” mərəzi yalnız XX-XXI əsrlərin bəlası deyil. Hələ Şah İsmayılın başına yığılıb, Şirvanı talamağa gəlmiş Qarın ordalarını bu gün digər cinsdən hesab etmək, əlbəttə, çox yanlış olardı. Səfəvi işğalçıların 1501-ci ildə şirvanlı bir qadından aldıqları Bakıda arvada qalib gəlmiş birisinə Milli istiqlalımızın ilk illərindən əzəmətli heykəl qoyulmuşdur. Mollanüma tarixçilər isə bu “qəhrəmanlığı” cilid-cilid kitablara çevirmişlər.
Məni Heydər Əliyev ilə eyni platformada hansı ideyanın birləşdirdiyini indi açıq mövqedən söyləmək məcburiyyətindəyəm: ADU-da tələbəlik illərimdə (1977-1982) bir siyasi əqidə olaraq qəbul etdiyim Avrasiyaçı geosiyasi ideoloji-fəlsəfi baxışlarım bizi 90-cı illərdə eyni tarixi ideya cəbhəsində bir araya gətirmiş oldu. Əbülfəz Elçibəyin 100 günlük hakimiyyətini mən “Axtarış” qəzetində dərhal “Faşist xuntası” adlandırdım... Çünki “Xalq Cəbhəsi” ideyası 1940-cı illərdə Avropada Alman faşizmi əleyhinə Ümumi koolisiya hökumət formatı olaraq yaradılmışdı. İstiqlaliyyətinə yenicə qovuşmuş və xarici təcavüzə məruz qalmış öz ölkəsinin iqtidarı əleyhinə yaradılmamışdı. Deməli, mənim Elçibəyizmlə ortaq heç bir fəaliyyətim ola bilməzdi. Elə buna görə də Bakıda “Fövqəladə Hərbi vəziyyət” şəraitində Naxçıvanda yaşayan Heydər Əliyev ilə geniş Müsahibə aparılmasını planlaşdırdım. “İlham” qəzetinin yeganə şöbəsinin müdiri idim. Bir redaktor- Əmir Pəhləvan, bir müavin-Vaqif Əlixanlı, nəhayət, bircə şöbə- Namiq Fərəc Sığırlı (-mən). Hazırladığım sualları teatrda“Səlahəddin” adlıbir texniki işçi vasitəsi ilə Heydər Əliyevə çatdırdıq. Onun Naxçıvandan redaksiyamıza gətirdiyi diktofon yazısı üzərində Redaktorla birgə xeyli çalışdıq, materialı Müsahibə şəklinə saldıq, Fövqəladə Vəziyyət şəraitində (məsuliyyəti bölüşmək üçün hər ikimiz-Əmir Pələvan və mən) çapa imzaladıq, “Vətənin Şimalı-Cənubu yoxdur” sərlövhəli bu tarixi Müsahibə bütün ölkədə Əliyevçilik kimi sonradan formalaşacaq qüvvəni hərəkətə gətirdi...
Heç şübhəsiz ki, mən bir peşəkar jurnalist oğlu kimi analitik təfəkkürümlə (-onu da deyim ki, ADU-nun filologiya fakültəsində bir ədəbi tənqidçi kimi ixtisaslaşmışdım) hər hansı PARTİYA üçün yetişməmişdim. Təbii ki, 90-cı illərdən siyasi meydana çıxarılan heç bir partiyanın, o cümlədən YAP-ın da üzvü olmadım.
Heydər Əliyevin ikinci dönəm hakimiyyəti başlayandan az sonra, daha doğrusu, 1994-cü ilin yanvar ayından mənim üçün Prezident Sarayına xüsusi buraxılış vəsiqəsi hazırladılar, rəsmi “Azərbaycan” qəzetində çalışsam da, əsasən, Sarayda oldum, mənə verilmiş tezislər əsasında Qərpərəst müxalifər əleyhinə məqalələr silsiləmi davam etdirməyə başladım. 1996-cı ildə həmin yazılarımın bir hissəsi “Azadlığın qədri” (İşıq nəşriyyatı, Bakı, 3000 tiraj) kitabımda işıq üzü gördü.
Heydər Əliyev: Avrasiyanın son mogikanı kimi
Bu kitabın nəşri ilə mənə qarşı ətrafımdakıların münasibəti də dərhal dəyişildi: dəfələrlə müvəqqəti həbslərlə üzləşdim. Müxtəlif sünii insidentlər yaradaraq, əleyhimə

 E-kitablar - Heydər Əliyev. Elektron sənədlər toplusu - Prezident ...
 heydaraliyev.preslib.az/ebooks.php
 Перевести эту страницу
 E-kitablar .... Sərlövhə, Heydər Əliyevlə unudulmaz görüşlər: Heydər Əliyev Naxçıvan qarnizonunda: I kitab-albom. Müəllif ..... Sərlövhə, Azadlığın qədri.

yeddi cinayət işi açıldı... Və bunların hər biri ilə UĞRAŞARAQ, tam-tamına hər ilin yeddi ayını müxtəlif məhkəmə, polis idarələri və rayon prokrorluğuna çağırıldım. Əlbəttə, xam “Oyundaşlar” nəhayətdə əllərinin arxasını yerə qoyub üzr diləməklə yaxamdan çəkildilər. Mən “Azadlığın qədri” kitabımın adını dahi intibah şairimiz İbrahim Əli oğlu Xaqani Şirvaninin “Həbsiyyə” əsərindən götürmüşəm. Bəlkə, elə buna görə də ilk həbsim həmin kitabın ilk nüsxəsini əlimə aldığım gün gerçəkləşdirilmiş oldu...
Vəzifədən necə getdiyimi də söyləyib, əsas mövzuma qayıtmaq istəyirəm: Prezident İlham Əliyevin Brüsseldə İnformasiya və Kommunikasiya Texnologiyaları Sammitində iştirak etdiyi gün, yəni 2004-cü ilin 23-24 aprelində Prezidentin Mətbuat xidmətində böyük məsləhətçi vəzifəmdən azad edildim... Səbəbi izah edilmədi.
Corc Orvell “1984-cü il” romanında (1948) baş verən hadisələrin mərkəzi kimi London şəhərini göstərirdi. Maraqlıdır ki, baş qəhrəman Vinston da mənim kimi bir yazıçı-jurnalistdir. Hesab edirəm ki, oxucular həmin pomandan xəbərdardır. Odur ki, əhvalatı nəql etməyəcəyəm. Amma bir məsələyə aydınlıq gətirmək istəyirəm: romanda iki qüvvə mübarizə aparır- başında İngiltərənin dayandığı Avropaçılıq (-Avroatlantizm) cəbhəsi və Rusiyanın durduğu Avrasiyaçılıq cəbhəsi. C.Orvellin mövqeyindən aydın görünür ki, o da mənim kimi Avrasiya yönümlü siyasi baxışların daşıyıcısıdır... Əsərin qəhrəmanı Vinstonu anqlosaks totalitarizmində təkləyən ideya tənhalığı içərisində işıq görünmür. Amma mən özümü xoşbəxt sayıram ki, azad Avrasiya xalqlarımızın “qapalı dairələrdən çıxaraq”, yalnız kriminal-oliqarxik sosium deyil, bir mədəniyyət potensialı olduğunu subuta yetirmək əzmi sonda zəfər çalacaqdır. Qəti əminəm ki, nə qədər çətin olsa da, Avrasiya xalqları və onun həqiqi xalqçı ziyalıları çox tezliklə bizim özünəməxsus sivilizasiyamızın mənəvi siması ola biləcəkdir. Nəzərimdəki Heydər Əliyev obrazı mənim üçün hələ də yalnız belə qalmışdır...
Heydər Əliyev haqqında sonda bunu demək istəyirəm ki, işdən çıxarılandan sonra ilk olaraq “Ədalət” qəzetinin 8 may 2004-cü il tarixli sayında “Simürğ kimi...” sərlövhəli xatirə yazımı dərc etdim. 90-cı illərdən özümlə eyni Avrasiya ideoloji-siyasi platformanın insanı kimi qəbul etdiyim Heydər Əliyev mövzusuna bu günədək bir də qayıtmadım. Həyatımın 16 illik sonrakı dövrü yenicə tamamladığım “Jurnalistin oğlu” poman-tərcümeyi halımda bədii-sənədli əks edilmişdir. Əsərin nəşrinə isə tələsmirəm. Düşünmürəm ki, oxucular bu romanı 2023-cü ildən qabaq oxuya biləcəklər. Bu kitab mənim Ulu Öndərin qarşıdan gələn 100 İlliyinə sanballı töhfəm olacaqdır.

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031