atatv.az
atatv.az

Putin İlham Əliyevə təbrik məktubu göndərib

8-05-2019, 15:52

Putin İlham Əliyevə təbrik məktubu göndərib

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qazanılan qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.

Oxu.Az xəbər verir ki, V.Putin Azərbaycanın dövlət başçısı ilə yanaşı, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, eləcə də, tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının liderlərinə təbrik məktubu göndərib.

Təbrikdə Putin Qələbə gününün bəşəriyyəti faşizmdən xilas etmək uğrunda müqəddəs tarixin, xalqlarımızın birliyinin və qəhrəmanlığının simvolu olduğunu vurğulayıb.

Rusiya prezidenti müharibə veteranlarına dərin təşəkkürünü bildirib, onlara can sağlığı və uzun ömür arzulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031