atatv.az
atatv.az

Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir

10-05-2019, 19:21

Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir


















AtaTv.az xəbər portalı bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanamış, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına önəm vermişdir. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq “Azərsu” Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir.
Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir. Mayın 10-da Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında 1200-dən çox zeytun, şam, sərv, badam və digər ağaclar əkilmişdir. Həmçinin, ötən illərdə əkilmiş ağacların mühafizəsi və onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.
AtaTv.az
Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir
Ulu öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə “Azərsu” ASC-nin idarə və müəssisələrində yaşıllaşdırma tədbirləri keçirilir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930