atatv.az
atatv.az

Yurqen Klopdan Bakı ilə bağlı xoşagəlməz sözlər

11-05-2019, 11:28

Yurqen Klopdan Bakı ilə bağlı xoşagəlməz sözlər

"Liverpool"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.

Goal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".

Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək. Liverpool - Tottenham finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031