ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"

Baxış Sayı:243

Əflatun Amaşov: “Təəssüf ki, KİV-də qadın baş redaktorların sayı azdır"

"Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır"

Atatv.az- ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan mətbuatında əsas işlək qüvvə qadınlardır: "Azərbaycanda jurnalistika sahəsində çalışanların 45-55 faizi qadınlardır. Təəssüf ki, kütləvi informasiya vasitələrində say baxımından qadın baş redaktorların sayı azdır”. Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurasına daxil olan müraciətlərin daha çoxu qadın istismarı ilə bağlıdır: "Mətbuat Şurasına 700-ə yaxın şikayət daxil olub. Bunun da 15-20 faizə qədəri qadın istismarına qarşı olub, bəzi məqamlarda hadisələr baş verərkən, o hadisələrdə iştirak edən qadının rolunun daha çox qabardılması, bəzi məqamlarda onların adının hallanması, hadisələrin şişirdilməsi ilə bağlıdır”. (news24.az)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR