atatv.az
atatv.az

Bu kartoflar insanı ZƏHƏRLƏYİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

14-05-2019, 11:11

Bu kartoflar insanı ZƏHƏRLƏYİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

Doğru şəraitdə saxlanılmayan kartof cücərmiş formada yeyilərsə, insanı zəhərləyə bilər.
Atatv.az xəbər verir ki, mütəxəssislər kartof yedikdən sonra ürəkbulanma, boğazda yanğı və baş ağrısı kimi problemlər yaranan zaman həkimə müraciət etməyi qətiyyətlə tövsiyə edir.
Toxluq hissi verməkdə vazkeçilməz olan kartof C və B vitaminləri, kalium mineralı ilə zəngindir. Lakin onun faydaları qədər düzgün istifadə olunmadıqda zərərli cəhətləri də var. Bitkilər göbələk və həşərat kimi faktorlardan özlərini müdafiə etmək üçün toksiki maddələr istehsal edir. Məhsulların saxlandığı anbarın temperaturu, daşınma zamanı mexaniki zədə almaq, zərərli böcəklər bu toksiki maddələrin çoxalmasına səbəb olur və insanın həyatını təhlükəyə atar. Kartofon tərkibində sözügedən zərərli maddə kateqoriyasına daxil olan "solanin” mövcuddur.
Günəşin altında və ya nəm yerdə saxlanılan kartofda bu maddənin miqdarı artır. Solaninin artması xlorofil sintezini işə salır və beləliklə, kartofun rəngi sarıdan yaşıla çevrilir. Yaşıllanmaqla bərabər, zəhərlənmə təsiri də yaranır.
Buna görə də yaşıllaşmış kartofdan imtina edilməli və məhsul quru, işıq olmayan yerdə saxlanılmalıdır.
"Solanin” zəhərlənməsinin simptomları ürəkbulanma, qusma, izhal, mədədə ağrı, boğaz yanması və baş ağrısıdır. Ciddi zəhərlənmələr hətta ölümlə nəticələnə bilər.
Ramazan ayında isə həftə ərzində 3-4 dəfə olmaqla, kartofdan istifadə məsləhət görülür.(publika.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930