atatv.az
atatv.az

Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq

14-05-2019, 12:13

Azərbaycanda yeni təqaüd proqramı hazırlanacaq

AzərAzərbaycanda yeni təqaüd proqramı hazırlanacaq. Bu məsələdə Sovet dövründən qalma ənənələrdən uzaqlaşacağıq.

Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, yeni təqaüd proqramı 2015-ci ildən baş verən yenilikləri özündə əks etdirəcək. "Sovet İttifaqı dövründən miras qalan sistemdən uzaqlaşacağıq. Sosial müavinətlər, imtiyazlar sistemində də daha ünvanlı sistem quracağıq. Sosial yardım sisteminin məşğulluqla uzlaşmasına şərait yaradacağıq. Bunun adı sosial dəstək olacaq. Özünüməşğulluqla bağlı Dünya Bankı ilə danışıqlar aparırıq. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edirik. Məqsəd daha çox insanı əhatə etmək, kiçik biznesin inkişafına təkan verməkdir. Əlilliyin müəyyən edilməsi sistemində islahatlar aparacağıq. Burada da Sovet İttifaqından qalma sistemindən uzaqlaşmaqla, tamamilə yeni meyarlar üzərində işləyirik. Qanunvericilik aktlarının da bu istiqamətdə hazırlanması üzərində işləyirik. Artıq qanun layihələri Mill Məclisə təqdim edilib. Bununla yanaşı reabilitasiya sistemini hazırlayırıq. Bu daha çox sosial reabilitasiya və məşğulluqla bağlı məsələlərdir”.

Nazir bildirib ki, əmək müfəttişlərinin işini elektronlaşacaq: "Bununla da neqativ halların qarşısını alacağıq. Bu sahədə Beynəlxalq təşkilatlar təftişlərin sayını artırmağı tövsiyə edir. Biz də bu istiqamətdə iş aparırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031