atatv.az
atatv.az

Azərbaycana qarşı regional risklər: 90-cı illərin hadisələrinin təkrarlanmaması üçün...

14-05-2019, 12:29

Azərbaycana qarşı regional risklər: 90-cı illərin hadisələrinin təkrarlanmaması üçün...

Azərbaycanın ətrafındakı geosiyasi mənzərədə ölkəmiz üçün ciddi narahatçılıq və təlatümlər yaşanır.

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Redaktor.az-a açıqlamasında Cənubi Qafqazda baş verənlərin Azərbaycana təsirlərinə münasibət bildirib. Ekspert hesab edir ki, risklərin bu qədər artdığı bir anda ölkədaxili münasibətləri normallaşdırmaq, ortaya çıxan çagırışların riskini azaltmaq baxımından strateji zərurətlərdən biridir:



“İran ətrafında gərginlik getdikcə artır və anlaşılan gedişat bu müdaxilənin ABŞ Prezidenti Donald Trampla bir şəkildə həyata keçirilməsi ehtimalını gücləndirməkdir. Bu müdaxilə prosesi 2020-ci ilinə yetişməsə belə Trampın ikinci dəfə seçilməsi ilə həyata keçməsi çox güclü bir ehtimaldir. Hətta Trampın ikinci dəfə seçilməsi ilə İrana müdaxilə arasında qarşılıqlı birbaşa əlaqə qurmaq çox da yanlış olmaz. Digər tərəfdən Rusiyanın Azərbaycanla bağlı tarixi imperial ambisiyaları güclənərək davam edir. Azərbaycanla Avropa Birliyi arasında yeni razılaşma astanasında ikən Jirinovskinin yeni açıqlamaları təsadüf deyil”.

N.Cəfərsoy vurğulayıb ki, Ermənistan içinə düşdüyü daxili və xarici siyasət labrintindən Paşinyan dəyişikliyi ilə imic və ümid yeniləyərək çıxma cəhdləri edir:

“Paşinyanın bu prosesdə hakimiyyətini möhkəmlətmək üçün Qarabağı işğal edən radikal erməni xəttinə güzəştlər verdiyi müşahidə edilməkdədir. Son olaraq Gürcüstanda Azərbaycanla münasibətləri pozmaq niyyəti olan xətt fəallaşıb. Bu işdə Rusiya və Ermənistan izi ilə birlikdə Gürcüstan siyasi hakimiyyətinin münasibətləri pozucu proseslərə zaman-zaman təşviq edən mövqe sərgilədiyi diqqətlərdən qaçmır. Burada sanki Gürcüstan prezidenti işin təşviqedicisi, baş naziri isə daha çox müşahidəedici mövqedədir. Bütün bunlar deməyə əsas verir ki, onların ikisi də daha çox Moskvanın layihəsi kimi görünən İvanişvili xəttinin davamçılarıdır. Bütün bunlar baş verdiyi zaman Turkiyədə iqtisadi, xarici və daxili siyasət sahələrində ciddi sarsıntılar var və bunların dərinləşməsi yetərincə güclü ehtimaldır”.

Politoloq bildirib ki, hazırda ən önəmli məqam daxili münasibətlərdəki problemləri həll etməkdir:

“Unutmayaq ki, 1920-ci ildə daxili münasibətlərdəki problemlər müstəqilliyimizin itirilməsindəki mühüm səbəblərdən biri idi.Yenə 1988-1993-cü illər dövründə Qarabağda torpaqlarımızın itirilməsinin ən mühüm səbəblərindən biri, ölkə daxilindəki güclərin münasibətlərində ciddi gərginliklərin olması idi”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031