atatv.az
atatv.az

Bu gün “Eurovision” başlayır

14-05-2019, 13:37

Bu gün “Eurovision” başlayır

Bu gün 64-cü "Eurovision” mahnı müsabiqəsi start götürəcək. Anews.az xəbər verir ki, layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.
Festivalın açılışını ötən il qalib olan Netta Barzilai və 1998-ci ildə İsrailə birincilik gətirən Dana International edəcək. Layihənin aparıcıları isə Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoub olacaq.
Artıq dünən birinci yarımfinalın böyük məşqi baş tutub və hər bir ölkənin münsiflər heyəti iştirakçılara ballarını veriblər. Bu məqamda bildirək ki, səslər müsabiqə nəticələrinin 50 faizini təşkil edir. Digər 50% isə sabah bütün çıxışlardan dərhal sonra tamaşaçıların verəcəyi səslərin hesabına əldə olunan xallar olacaq.(qafqazinfo.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031