atatv.az
atatv.az

Qobustan Rayon Icra Hakimiyyətinin başçısı fərqli idarəçilik bacarığı ilə hər zaman seçilən nümunəvi şəxsdir

14-05-2019, 13:54

Qobustan Rayon Icra Hakimiyyətinin başçısı fərqli idarəçilik bacarığı ilə hər zaman seçilən nümunəvi şəxsdir

Bu da bir həqiqətdir ki, Qobustan rayonu təzə yaradılmış rayonlardan biri olsa da, artıq neçə illərdir ki, bu rayon da Respublikamızın dövlətçilik tarixində xüsusi rol oynamaqdadır. Buna müxtəlif amillər səbəb olur ki, həmin amillər içərisində ən əsası, adı çəkilən rayonunun dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Adil Məcnun oğlu Məmmədov Qobustan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur. Belə bir təyinatdan sonra rayonda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulur. Onu da bildirək ki, Adil Məmmədov ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biridir. Ötən 8 il ərzində Qobustan rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Adil Məmmədov, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır. Belə bir səbəblər üzündən də, KİV nümayəndəsi olaraq hər zaman adı çəkilən vəzifə sahibinin həyata keçirdiyi idarəçiliklə, əldə olunan naliyyətlərlə, daha çox isə, bu şəxsə qarşı ictimai fikirin hansı aspektdən formalaşmasını ayırd etməyə qərar verdik. Tərəfimizdən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Adil Məmmədov hər zaman xalq-dövlət anlayışını uca tutan və bu yöndə əməli addımlarını atan vəzifə sahiblərindəndir. Fakt budur ki, bu şəxs Qobustan rayonuna icra başçısı təyin olunduqdan sonra, rayonda ötən səkkiz il ərzində sayı-hesabı bilinməyən sayda lahiyələrə imza atılmış, çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Biz bunları rayonun mərkəzi hissələrində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində öz gözlərimizlə gördüyümüzdən, atılan hər bir addımın nəticəsi olaraq, bu şəxsə qarşı yanaşmamızı ortaya qoymağı da bacara bilmişik. Bəli, yeniləşən Qobustanın bu günü, hər kəsin gələcəyə ümid hissi ilə baxmasına səbəb olur.
Bir faktı qeyd edək ki, Adil Məmmədov 15 aprel 1952-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş və 1975-ci ildə Oğuz rayonunun (keçmiş Vartaşen) "Pravda" kolxozunda baytar həkim olaraq əmək fəaliyyətinə başlayır. 1981-1988-ci illərdə Oğuz rayonunun Padar kolxozunda sədr müavini, “Lenin” adına kolxozun idarə heyətinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən 1994-cü ilə kimi Oğuz rayonu aqrokombinatın baş direktoru və Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi vəzifəsində işləmişdir. O, 1994-2002-ci illərdə Oğuz RİH-nin, 2002-2004-cü illərdə Qəbələ RİH-nin, 2004-2011-ci illərdə isə, Biləsuvar RİH-nin başçısı vəzifələrində çalışmışdır. Bu şəxsin keçmiş fəaliyyəti haqda lazımi məlumatları əldə etmək istədikdə o da bəlli oldu ki, Adil Məmmədov YAP-nın yaradılmasında fəal iştirak edən şəxslərdən biri olub və partiyanın bütün qrultaylarında iştirak edib.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Adil Məmmədov heç də sıradan bir şəxs deyil. Bu şəxsin gənc yaşlarından məsul vəzifələri daşıması, məhz onun formalaşmasına, idarəetməni çevik qaydalarla həyata keçirməsinə səbəb olan əsas amillər olur. Belə bir səbəblər üzündəndir ki, son üç-dörd il ərzində Qobustan rayonu tanınmaz olub. Çünki, rayonun bütün sahələrində infrastruktur yeniləşmələri həyata keçirildiyindən, bir çox lahiyə proqramları öz həllini tapdığından, bu gün əksəriyyət bu rayonun parlaq gələcəyindən bəhs edir. Bir anlığa diqqət yetirək ki, bu ilin may ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər etdilər və bir çox obyektlərin açılışlarını da həyata keçirdilər. Məsələn, həmin səfər proqramında 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışı həyata keçirildi. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılır ki, bu da istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə imkan verir. Ölkə rəhbəri “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, Qobustan filialının açılışında da iştirak edir. Onu da bildirək ki, dövlət başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən, Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına büdcədən 2 milyon manat vəsait ayrılır və şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. Səfər proqramı çərçivəsində cənab Prezident Qobustan-Poladlı avtomobil yolunun açılışında da iştirak edir. 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə, Azərbaycan Prezidentinin 2018-cı ildə imzaladığı Sərəncama əsasən, dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılır. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilir. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, əhalisinin sayı təqribən 50 min nəfər olan bu rayonda hər il neçə-neçə lahiyələrə imza atılır, yeni-yeni iş yerlər yaradılır, daha çox isə sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması yöndə əməli addımlar atılır. Diqqət yetirək ki, bu rayonun inkişafı, infrastrukturunun yeniləşməsi, yolların çəkilməsi və s. ilə bağlı, bugünə kimi çox böyük işlər görülüb. Düzdür, bu gün hər bölgədə inkişaf, tərəqqi var. Amma, Qobustanın inkişafı, yeniləşməsi tamamilə fərqlidir. Bir halın varlığını da qeyd edək ki, Adil Məmmədov xaraktercə yaradıcı və qurucu şəxslərdən biridir. Qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən, hər sakinin probleminə diqqətlə yanaşan bu şəxsin əsas amalı, məhz xalqına bağlılıq hissidir. O da hər kəsə gün təki aydındır ki, bu şəxs sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün, mütəmadi olaraq səyyar görüş-qəbullar keçirir. Məsələn icra başçısının aprel ayında rayonun İlanlı, Ərəbşalbaş kəndlərində, Göydərə kənd ümumi orta məktəbində, Ərəbqədim kənd tam orta məktəbində və s. səyyar görüş-qəbulu olur. Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri iştirak edirlər. Sakinlər rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinə görə, ölkə rəhbərinə minnətdarlıqlarını bildirməklə bərabər, sakinləri narahat edən bir çox nöqsan və çatışmazlıqların aradan qaldırılmasını icra başçısından xahiş də edirlər.
Qobustan rayonunun ictimai həyatında atılan addımlar mütəmadi olaraq davam etdirilir. Belə ki, 6 aprel 2019-cu il tarixdə Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində, 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar, Qobustan rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şamaxı regional meşə təsərrüfat mərkəzinin birgə təşkilatçılığı ilə rayonda “Biz 10 milyonluq ölkəyik” adlı ağacəkmə aksiyası keçirilir və həmin aksiyada 220 nəfər işçi 1200 ədəd ağac əkirlər.Bu ilin mart ayında da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qobustan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilir. Aksiya zamanı 3500-dən çox eldar şamı, həmişə yaşıl ağaclar və gül kolları əkilir, ağaclara aqrotexniki qaydada qulluq göstərilərək suvarılır. Bu cür aksiyaları keçirməkdə əsas məqsəd, rayon ərazisində yeni meşə zolaqlarının salınması və ekoloji tarazlığın qorunması olur.
Bu gün Qobustanda bir çox sosial layihələrin də icrası uğurla davam etdirilməkdədir. Verilən məlumatlara görə, bu il rayonda təqribən 200-ə yaxın ödənişli ictimai iş yeri yaradılacaq. Bu da iş tapa bilməyən insanların işlə təmin olunmalarına imkan verəcək. Bundan əlavə, digər infrastruktur layihələrin icrası ilə bağlı işlərin geniş vüsət aldığı da qeyd olunur. Hazırda rayon sakinlərinin mavi qazla təminatları 90 faizə yaxındır r ki, bu da son illərin uğurlu nəticələrindən biridir. Sakinlərin elektrik enerjisi ilə təmin olunmalarında heç bir problemin olmadığı haqda məlumatlara malikik və içməli su probleminin isə, 2017-ci ildə tam şəkildə həll olunduğu bildirilir. Hər kəsin diqqətini cəlb edən anlardan biri də, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, Qobustan filialının yaxınlığında müasir üslubda inşa olunan Heydər Məscidinin varlığıdır. İnşa olunduğu vaxtdan bugünə kimi sakinlərin ixtiyarına verilən bu məscid, gündəlik insanların üz tutduqları ünvana çevrilib.
Daha bir faktı qeyd edək ki, Qobustan rayon İcra Hakimiyyətinin başçısı bütün çıxışlarında vurğulayır ki, ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsində dövlətin dəstəyi olduqca böyükdür. Belə ki, aqrar sahənin inkişafında toxumçuluğun və tingçiliyin mühüm rol oynadığını qeyd edən Adil Məmmədov, rayonda toxumçuluq üzrə ixtisaslaşmış təsərrüfatların çoxluq təşkil etdiyini hər zaman vurğulayır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə, məhz ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulduğunu qeyd edən Adil Məmmədov etdiyi çıxışları zamanı vurğulayır ki, bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilmək olduqca vacibdir.
Bəli, bütün bunlar onu söyləməyə əsas verir ki, Adil Məmmədovun icra başçısı olduğu ötən 8 il ərzində Qobustan rayonun bütün sahələrində yenidənqurma və bərpa işləri həyata keçirilmiş, hər sahədə əsaslı addımlar atılmışdır. Məhz, belə bir səbəblər üzündəndir ki, cənab İlham Əliyev adı çəkilən bu şəxsə qarşı oxşar münasibətini bu gün də sərgiləməkdə davam edir. Sözsüz ki, atılan addımlar onu sübut edir ki, bu şəxs Prezidentin etibar etdiyi vəzifə sahiblərindən biridir. Düşünürük ki, Qobustan rayonunun tarixində silinməz izlər buraxan, adını yaddaşlara qurucu və yaradıcı şəxs qismində həkk etdirən Adil Məmmədov, ona göstərilən etimadı bundan sonra da lazımınca doğurultmağa çalışacaq. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, Adil Məmmədov ötən illər ərzində əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını Qobustan rayonuna məxsus problemlərin həllinə yönəldir və hər kəs də atılan addımların şahidi olur.

Hazırladı: "AtaTv.az” xəbər portalının rəhbəri Rasafil Bayramov.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031