atatv.az
atatv.az

Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ

14-05-2019, 18:24

Daha bir məktəbli özünü pəncərədən atdı - SON DƏQİQƏ

Bu gün sosial şəbəkələrdə Bakı şəhəri 273 saylı tam orta məktəbdə şagirdin özünü pəncərədən atması xəbəri yayılıb.

Məlumatda bildirilir ki, məktəbdə tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən Anews.az-a bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək: "Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".(news24.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031