atatv.az
atatv.az

Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI

15-05-2019, 10:43

Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI

14 may tarixində "Eurovision 2019" mahnı müsabiqəsinə start verilib.

İsrailin Tel-Əviv şəhərində keçirilən yarışmanın I yarımfilnalı olub.

Final mərhələsinə keçmək uğrunda 17 ölkənin - Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marino təmsilçiləri mübarizə aparıb.

10 ölkə - Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya təmsilçiləri finala vəsiqə qazana biliblər. Mahnı müsabiqəsi Azərbaycan dilində aparıcı və bəstəkar-müğənni Murad Arif tərəfindən şərh olunur.

Qeyd edək ki, Azərbaycanı Çingiz Mustafayev 16 may tarixində keçiriləcək II yarımfinalda 18 nömrə altında "Truth" mahnısı ilə təmsil edəcək.

Müsabiqənin finalı 18 may tarixində baş tutacaq.(baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031