atatv.az
atatv.az

Bakıda bu şəxslər - CƏRİMƏLƏNDİ

17-05-2019, 13:26

Bakıda bu şəxslər - CƏRİMƏLƏNDİ

Bakıda çirkab suları ətrafa axıdan şəxslər cərimələnib

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Atatv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, növbəti belə tədbir mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib. Reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocəsən qəsəbə sakini Azər Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması), texniki suları kənara təyinatsız axıtdığına görə isə Xocəsən qəsəbə sakini Elmxan İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması) maddələri ilə protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930