atatv.az
atatv.az

Balıq ovu qadağan edildi

20-05-2019, 15:52

Balıq ovu qadağan edildi

Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümumilli qadağa qoyulub.

BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.

Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.

Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930