atatv.az
atatv.az

Sahibkarlarla turizm sahəsinin inkişafına dair müzakirələr aparılıb

22-05-2019, 14:50

Sahibkarlarla turizm sahəsinin inkişafına dair müzakirələr aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarların fikirləri dinlənilib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsi, 2-3 ulduzlu otellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakı ilə iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər, digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031