atatv.az
atatv.az

“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu

23-05-2019, 10:48

“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu

“Real” gələn mövsümə daha güclü heyətlə başlayacaq. “Çelsi”dən Eden Azar transfer olunub. İndi də PSJ-dən Kilina Mbapenin keçid ehtimalı müzakirə olunur. “Real”ın baş məşqçisi Zinəddin Zidan onu da sərəncamında görmək istəyir.
“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu
Eden Azar
Bizimyol.info xəbər verir ki, Paris klubu futbolçusunu 250 milyon avrodan ucuz satmaq fikrində deyil. Məbləğ böyük görünə bilər, amma unutmayaq ki, PSJ onu “Monako”dan 180 milyon avroya almışdı. Mbappe PSJ-yə keçəndən sonra dünya çempionu olmağa imkan tapıb.

“Real”ın transfer etmək istədiyi futbolçuya 250 milyon avro qiymət qoyuldu
Mbappe
Madriddə hücumçunun Fransa çempionatının ən yaxşısı seçilməsini də yaxşı qarşılayıblar. Açıq-aşkar hiss olunur ki, “Real” onun transferində israrlıdır.

Mbappe bu mövsüm Fransa çempionatının 28 oyununda 32 qol vurub.

Kilian bir müddət əvvəl PSJ-dəki mövqeyindən narazılıq etmişdi. O gedəcəyinə eyham vurmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930