atatv.az
atatv.az

Dəmir yolunda bir məlumatın qiyməti 1 manatdır

23-05-2019, 13:02

Dəmir yolunda bir məlumatın qiyməti 1 manatdır

Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.

Atvtv.az xəbər verir ki, bu barədə sərnişinlər "report”a bildiriblər. Onların verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:
"Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir.

Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.
Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031