atatv.az
atatv.az

Bu deputatlar məsuliyyətə cəlb ediləcək

24-05-2019, 15:13

Bu deputatlar məsuliyyətə cəlb ediləcək

Mayın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, adıçəkilən komitənin sədri Arif Rəhimzadə gündəliyə "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib.

Komitə sədri bildirib ki, "Milli Məclisin deputatının statusu haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsinin yeni redaksiyada verilməsi təklif olunur.Təklifə əsasən, deputat Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə parlamentin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna təklif edilən dəyişikliklərin məqsədi isə "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun icrasının təmin edilməsindən ibarətdir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930