atatv.az
atatv.az

Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizm - Bunların SƏBƏBLƏRİ nədir?

24-05-2019, 15:25

Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizm - Bunların SƏBƏBLƏRİ nədir?

"Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır".

Atatv.az Trend-ə istinadən xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Y.Abdiyeva əlavə edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Onun sözlərinə görə, əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930