atatv.az
atatv.az

Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

24-05-2019, 16:15

Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

Hər kəsə bəllidir ki, əsrlər boyu tibb elmi insan həyatında müstəsna rol oynamış və belə bir halın varlığı zaman-zaman öz təsdiqini də tapıb. Ötən əsrlərdə bu sahə müəyyən qədər inkişaf etsə də, 21-ci əsrdə fərqli inkişafın əldə olunması qaçılmaz hal aldı. Çünki, tibb elminin inkişafı naminə hər il dövlət qayğısı artdıqca, Azərbaycan səhiyyəsinin müəyyən uğurlara qovuşması, eyni zamanda dünyanın bəzi ölkələrinin inkişaf göstəricilərinə cavab verən səviyyəyə çatması, sanki adi bir prosesə çevrildi. Son illər istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda, iri yaşayış məntəqələrində, hətta ən ucqar dağ kəndlərində olsa belə, yeni tibb müəssisələrinin inşa olunması, bəzilərində isə əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi, müasir tibbi avadanlıqlarla təminatın lazımi səviyyədə ödənilməsi, səhiyyə müəssisələrində savadlı, bacarıqlı, öz peşəsin sevən tibb işçilərinin əmək fəaliyyəti ilə məşğul olmaları və s., onu söyləməyə əsas verir ki, həqiqətən bu gün ölkəmizin səhiyyə sahəsi həm inkişaf edir, həm də getdikcə təkmilləşir. Çünki, hal-hazırda dövlət hakimiyyət orqalarının əsas məqsədi, hər kəsə yüksək səviyyədə tibbi xidmət göstərmək, hər kəsin üzləşdiyi problemlərin vaxtında aradan qaldırılmasına nail olmaqdan ibarətdir.

Bu gün əski sovet dönəmindən qalma elə səhiyyə müəssisələrimiz var ki, onlarda da yenidənqurma, müasirləşmə işləri sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən Azərbaycan səhiyyəsində olduqca peşəkarlıq nümayiş etdirən həkimlərin çalışmaları, onların son elmi biliklərə dərindən yiyələnmələri və s. özünü göstərdikcə, hər kəsə göstərilən tibbi xidmətin səviyyəsi də yaxşılaşmaqda davam edir. Sözsüz ki, bu zaman lazımi təminolunmaların varlığı ilə bərabər, idarəetmənin təşkili, tibb müəssisələrində çalışan həkim kollektivinin savadlı, təcrübəli, qayğıkeş olmaları və digər halların varlığı mühim amillərdən biri hesab olunur.

Son vaxtlar əməkdaşlarımızın bəzi səhiyyə müəssisələrində olmaları, bizim bu günədək bilmədiyimiz, hətta eşitmədiyimiz əksər mətləblərdən xəbərdar olmağımıza da səbəb oldu. Məsələn, bir-iki gün bundan öncə Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının uşaq urologiyası şöbəsində olmağımız və çalışdığı sahə üzrə peşəkar mütəxəssis olduğundan, adı hər kəsə bəlli olan Hüseynov Murad Eldar oğlunun iş fəaliyyəti haqda, həmçinin bu şəxsin azyaşlılara göstərdiyi nümunəvi xidməti haqda lazımi məlumatları əldə etməyimizə imkan verdi. Haqqında bəhs etdiyimiz bu şəxs RF-nin Möskva şəhərində anadan olmuş və o, hələ gənc ikən həkim olmaq arzusu ilə yaşamışdır. Elə ki, Murad Hüseynov orta təhsilini müvəffəqiyyətlə başa vurur və çox keçmir ki, tale yolları onu Azərbaycan Tibb Universitetinə aparıb çıxarır. O, 2000-ci ildə sənədlərini bu ali təhsil müəssisəsinə verir və 2006-cı ildə Universitetinin müalicə-profilaktika fakültəsində təhsilini uğurla başa vurur. Hələ orta məktəb illərindən sevib-seçdiyi peşəsinin vurğunu olan, tələbəlik illərində isə bu sahənin incəliklərinə mükəmməl yiyələnən Murad Hüseynov, 2007-ci ildən Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının uşaq urologiyası şöbəsində əmək fəaliyyətinə başlayır. Bir il ərzində çalışdığı sahədə yüksək peşəkarlıq nümayiş etdirən, kollektiv üzvlərindən hər birinin dərin hörmət-izzətini qazanan, əldə etdiyi son elmi naliyyətləri bir kimsədən əsirgəməyən Murad Hüseynov, 2008-ci ilin sonu, 2009-cu ilin əvvəllərində dövlət hesabına Türkiyə Respublikasının Ankara şəhərinə göndərilir. O, altı ay ərzində adı çəkilən bu şəhərdə Eqitim Araşdırma Xəstəxanasının uşaq urologiyası şöbəsində çalışır və ona Türkiyə Respublikasının Səhiyyə nazirliyi tərəfindən bir ədəd sertifikat verilir.
Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

Onu da bildirək ki, həmin aylar üçün bütün xərclər dövlət vəsaiti hesabına ödənilir. Elə ki, o, növbəti dəfə qardaş ölkədə olur, o halda ona ikinci sertifikatı da verirlər.

2010-cu ildə Murad Hüseynov dövlətimizin xətti ilə Almaniyanın Berlin şəhərindəki “Vivantes” şirkətlər qrupunda çalışmaq üçün ora göndərilir və o, üç ay ərzində həmin şəhərdə qalır. Murad həkim orada təkcə uşaq uralogiyası ilə deyil, həmçinin onko uralogiya, laparaskopiya ümumi yanaşmaları ilə məşğul olur və buna görə ona iki sertifikat da verirlər. Bu şəxs 2013-cü və 2014-cü illərin müxtəlif vaxtlarında Almaniyanın Erfurt şəhərində “St. Johan Nepomuk” kursunda iştirak edir və orada o, təkcə uşaq cərrahı kimi deyil, həmçinin ondroloji cərrahiyyə üzrə də kursda iştirak edir.
Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

Bundan əlavə, adı çəkilən bu şəxs qadınlarda sidik saxlamazlığı üzrə cərrahiyyə müalicəsi işinin sirlərinə yiyələnmək məqsədilə, 2015-ci ildə Türkiyənin İzmir şəhərinə bir aylıq kursa göndərilir və o, ötən bir ay ərzində bu sahə ilə bağlı lazımi emi biliklərə sahib olur. Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssis olduğundan, 2018-ci ildə ona Azərbaycan Respublikasının Səhiyyə nazirliyi tərəfindən sertifikat verilir. Əldə etdiyimiz məlumatlara görə, respublikamızın səhiyyə müəssisələrində çalışan hər bir həkimə, məhz məşğul olduğu ixtisas üzrə hər beşildənbir sertifikat verilir.
Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

Murad Hüseynovla söhbətimiz zamanı o, bəzi nüanslara toxundu və onu da qeyd etdi ki, “Bu gün respublikamızda qohumluq əlaqələrinə görə anadangəlmə uroloji xəstələr çoxluq təşkil edir. Mən Almaniyada olduğum müddət ərzində belə bir halın varlığına çox az sayda rast gəldim. Bu da istənilən halda bizim üçün ciddi problemlərin varlığından xəbər verir. Buna baxmayaraq, hal-hazırda dövlətimiz tərəfindən bütün səhiyyə müəssisələrində, o cümlədən Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasında da yaradılmış şərait yüksək səviyyədə olduğundan, bu gün belə bir xəstəliyə düçar olmuş xəstələrin müalicəsini həyata keçirmək mümkün olur. Mən açıq-aşkar şəkildə deyə bilərəm ki, hazırda respublikamızda uşaq urologiyasının vəziyyəti Avropa ölkələrinin səhiyyəsi ilə eyni səviyyədədir. Bu gün bir çox cərrahiyyə əməliyyatlarına görə Həkimləri Təkmilləşdirmə İnstitutu patent verir ki, bunun da nəticəsi olaraq, 2014-cü ildən yeni cərrahiyyə əməliyyatların bu xəstəxanada həyata keçirilməsi davam etdirilir. Sevindirici hal odur ki, ölkəmzin Səhiyyə nazirliyi tərəfindən həkimlərin lazımi tibbi biliklərə yiyələnmələri üçün, bu gün də onlar xarici ölkələrdəki kurslara, praktiki məşğələlərə göndərilir. Bir sözlə, həmin şəxslərə hər cür köməkliklər, lazımi diqqət və qayğı göstərilir. 2007-ci ildən Akademik M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının uşaq urologiyası şöbəsində əmək fəaliyyəti ilə məşğul olsam da, şəxsən mənim özüm dəfələrlə kurslarda iştirak etmişəm. Bəli, hal-hazırda dövlətimiz tərəfindən hər cür şərait yaradıldığından, biz bu sahəyə aid problemləri araşdırıb müəyyən nəticələri ortaya qoya bilirik”.
Murad həkim uşaq urologiyası üzrə peşəkar mütəxəssisdir

Bütün bunlar onu söyləməyə əsas verir ki, Murad Hüseynov gənc olsa da, o, hal-hazırda uşaq urologiyası üzrə peşəkar mütəxəssisə çevrilib və göstərdiyi əmək fəaliyyətinə görə, xüsusi ad-san da çıxarıb. Digər tərəfdən o, “Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biri hesab olunur. Bugünə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs, həm ona hörmət-izzət bəsləyir, həm də dərin etiramlarını bildirirlər. Bəli, belə bir yanaşmanın varlığı hər bir həkimin xəstələrə göstərdiyi qayğıdan, xəstənin ümumi vəziyyətini lazımınca qiymətləndirməyi bacarmasından, düzgün qərar qəbul edə bilməsindən çox asılıdır. Açıq-aşkar şəkildə qeyd edə bilərik ki, bu gün Murad Hüseynov Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır.

Ümumiyyətlə, Murad həkimin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. kimi halların varlığı, həkim nüfuzunu artıran əsas amillərdir. Bu şəxsin səmimiyyətini hiss edən hər kəs, hətta o, böyük Allah-Təalaya dua edir ki, şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə Murad Hüseynov adlı həkimimiz var. Çünki o, bu günədək nəinki Bakı şəhər sakinlərinə, hətta ətraf şəhər və rayonlardan, digər bölgələrdən hüzuruna üz tutan hər kəsə şəfa vermiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Belə bir səbəblər üzündən də, bu gün Uroloji Xəstəxananın uşaq urologiyası şöbəsində çalışan Murad Hüseynovun adı çəkilərkən, hər kəs ona hörmətlə, ehtiramla yanaşır, hüsnü-rəğbət bəslədiklərini də ifadə edirlər.

Bəli, daha yaxşı halın varlığı odur ki, hər kəs çalışdığı sahədə öz təcrübəsi, bacarığı, savadı ilə fərqlənsin və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarsın. Belə bir göstəriciləri və digər keyfiyyətləri ilə fərqlənən Murad həkim, bu gün Azərbaycan səhiyyəsində xüsusi ad-san qazanıb ki, bu da hər an ona başucalığı gətirməkdədir. İnanırıq ki, bu şəxsin peşəkarlığa söykənən fəaliyyəti, onun adının çox yaxın vaxtlarda ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınmasına da səbəb olacaq.



Hazırladı: Kamal Mirzə

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930