atatv.az
atatv.az

Zakir Həsənov tapşırıq verdi

24-05-2019, 17:21

Zakir Həsənov tapşırıq verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin yekunlarına dair xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən gecə vaxtı keçirilən genişmiqyaslı təlimlərin nəticələrini təhlil edərək Müdafiə naziri qarşıya qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Nazir təlimlərin əhəmiyyətini qeyd edərək, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

General-polkovnik Z.Həsənov regiondakı mövcud hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanda baş verən daxili siyasi qarşıdurmanın qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini də xüsusi qeyd edib. Müdafiə naziri qoşunlara sərəncamda olan silahlardan istifadə etməklə düşmənin irimiqyaslı təxribatlarının qarşısını dərhal almağı tapşırıb.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930