atatv.az
atatv.az

Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub

27-05-2019, 12:02

Mədəniyyət naziri Diri Baba türbəsindəki vəziyyətlə tanış olub

Mədəniyyət naziri Əbülfəs Qarayev Qobustan rayonu ərazisində yerləşən Diri Baba türbəsində olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, burada nazirə türbənin hazırki vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. Diri Baba türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub.

Əbülfəs Qarayev Diri Baba türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hazırda abidənin bərpa olunması layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlşadırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930