atatv.az
atatv.az

Xalqı naqis adlandıran “yazıçı”

27-05-2019, 16:20

Xalqı naqis adlandıran “yazıçı”



Öz vətənini rüsvay etmək onu satmaqdır!

Viktor Hüqo



Dünya ədəbiyatında özünə görə ağırlığı olan fransız ədibinin aforizmi sanki, başından daim qara buludlar çəkilməyən Azərbaycan üçün deyilib. Zaman-zaman sapı özümüzdən olan baltalar vasitəsilə həm torpaqlarımız beş hissəyə parçalanıb, həm xalqımızın başına müsibətlər gətirilib, həm də tariximiz təhrif edilərək saxtalaşdırılıb.
Tərəqqilər baş verdikcə klassik satqınlıqla yanaşı, modernləşmiş satqınlıqlar da meydana gəldi. Bunlar: öz tarixini təhrif etmək, xalq-dövlət üçün özünü fəda etmiş tarixi şəxsiyyətlərin ünvanına yalanlar, təhqirlər yağdıraraq onları gözdən salmaq, dövlət dilini aşağılamaq, xalqın milli-mənəvi dəyərlərini kosmopolitizmə, kommunizmə, liberalizmə, demokratiyaya satmaq və s. bu kimi planlı fəaliyyətlərdir.
Heç kimə sirr deyil ki, son illərdə Babək, Şah İsmayıl, Nadir Şah, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Mir Cəfər Bağırov, Mübariz İbrahimov və digər tarixi şəxsiyyətlərimiz, qəhrəmanlarımız mənəvi terrora məruz qalır. Mən, M.C.Bağırov üzərində biraz dayanacağam. Bu gün hər yerindən qalxan, baş əvəzi boşu olanlar “vətən xaini” sözündən başlayaraq, ən əxlaqsız küçə söyüşləri ilə ölkəyə 20 il rəhbərlik etmiş mərhum MK I katibinin ünvanına ifadələr yağdırırlar.
Bir məsələni xüsusi vurğulamaq istiyirəm: o tarixi şəxsiyyəti ki, yalanlar, təhqirlərlə zəngin ifadələrlə xalqın gözündən salmağa çalışırlarsa, deməli həmin şəxsin öz xalqı və dövləti qarşısındakı böyük xidmətləri olub. Yox, əksinə şəxsiyyətlərə məddahlıq edərək adına şəhər-qəsəbələr, prospektlər, küçələr salınır; heykəllər ucaldılır; fondlar açılır, haqqında təhriflər, yalanlarla zəngin “tarix”i, “bioqrafik” kitablar yazılırsa, onun böyük çoxluq təşkil edən mənfi əməlləri hər vasitə ilə komuflyaj edilir.
Nəinki, tariximizdən, heç özündən və zatından bixəbər olan, “ziyallı”, “istiqlalçı yazıçı-publisist”, “azadlıq fədaisi”, “müharibə veteranı”, “tarixçi”, “repressiya araşdırmaçı”sı adı altında göbələk kimi artan ünsürlər son illər çoxalıb.
M.C.Bağırov barəsində murdar ağızlarını açaraq yuxarıda qeyd etdiklərim uluyanlara arxiv sənədlər əsasında ən obyektiv kitablar yazan mərhumlardan Teyyub Qurban ilə Eldar İsmayılov, sağ olanlardan Nizami Kazımoğlu (müəllimim olmuş), Adıgözəl Məmmədov kimi tarixçi, araşdırmaçılar layiqli cavablar veriblər, verirlər də...
Həmçin son zamanlar rus tarixçi-araşdırmaçıları olan Boris Sokolov, Georgi Mirekiy, Nikita Petrov, Stanislav Tarasov da öz əsərlərində Bağırovu vətəni, xalqı uğrunda özünü fəda etmiş lider olduğunu vurğulayırlar.
Bu faktları ortaya qoymaqla M.C.Bağırova yaltaqlıq, məddahlıq etmək kimi bir niyətim yoxdur. Zatən tarix özü, gec-tez obyektiv olaraq ona qiymət verəcək. Mənim məqsədim hər tarixi şəxsiyyətlərimizin mənfiliklə yanaşı, müsbət əməllərini də olduğu kimi xalqımıza çatdırmaqdır.
24.04.2019-cu il tarixdə özünü “istiqlalçı yazıçı-publisist” kimi gözə soxan Mehriban Vəzirin kulis.az saytında “Həmidə xanım (Həmidə Cavanşir nəzərdə tutulur A.İ) Mircəfər Bağırovu ölümdən necə qurtardı? – Tarixin gizlinləri (https://kulis.az/news/24542)” adlı “məqalə”si dərc olunub. “Məqalə”ni diqqətlə oxuduqdan sonra, orda yazılanların zərrə qədər də olsun həqiqət, ciddi araşdırma əvəzinə işi-gücü oturub başqalarının qeybətini qıran küçə əxlaqsızlarının yazılı ifadəsindən başqa bir şey olmadığına əmin oldum. Çünki adı çəkilən ünsürün yazısında bir dənə də olsun tarixi fakt yoxdur! Ankaranı, günəşi tərsinə oxuyaraq dərk edənlərdən olan ünsürə araşdırmaçı Adıgözəl Məmmədov 08.05.2019-cu il tarixdə, kulis.az saytında “37-ci il repressiyalarında Bağırov günahkar deyil! – Arxiv gizlinləri (https://kulis.az/news/24768)” adlı məqaləsi ilə sarsıdıcı cavablar vermişdir. Həmin məqalədən bəzi faktları qeyd etməyi özümə borc bilirəm.
Məqalədəki repressiya ilə bağlı qurbanlarla bağlı:
“ «Arqumentı i faktı» qəzetində (Moskva, 1989, № 5) çap edilən yazıda stalinizmin ümumi qurbanlarının sayı gös¬¬tərilirdi, 1939-cu ilin yanvarın 1-nə qədər «QULAQ»dakı 1.317195 dus¬¬tağın 830.491-i rus, 181.905-i ukraynalı, 44.785-i belorus, 24.894-ü tatar, 24.499-u özbək, 19.758-i yəhudi, 18.572-i alman, 17.123-ü qazax, 16.860-ı polyak, 11.723-ü gürcü, 11.064-ü er¬mə¬ni, 9352-i türkmən, 4874-ü başqırd, 4347-i tacik, qalan 96.948-i 100-dən çox millətin nümayəndələri idi.
Göründüyü kimi "Arqumentı i faktı" qəzetində azərbaycanlıların sayı göstərilmir. Çünki digər respublikalara nisbətdə say çox azdır. Ancaq biz bu sayı Azərbaycan SSR Prokuroru Babayev Adil Salman oğlunun 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışdan öyrənə bilərik (Azərbaycan Respublikası Dövlət Arxivi : fond 1, siyahı 44, iş 251, vərəqə 4 - bu siyahını artıq açıq mənbələrdən əldə etmək olur və mətbuatda dərc edilib -A.M.).
Belə ki, 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş (M.C.Bağırovun həbsindən sonra - A.M.) Babayev Adil Salman oğlu 4 may 1955-ci ildə Azərbaycan KP MK-nın birinci katibi İ.Mustafayevə təqdim etdiyi arayışda 1937-38-ci illərdə 2846 nəfərin siyasi repressiyalara məruz qaldığını bildirir və arayışa siyasi repressiya olunanların siyahısını əlavə edir. Onu da nəzərə almaq lazımdır ki, o dövrdə qonşu Ermənistanın əhalisi Azərbaycandan 3 dəfə az idi. Bütün bunlar onu göstərir ki, M.C.Bağırov mümkün qədər bu repressiyalardan Azərbaycanın daha az zərərli çıxmasına çalışmışdır. Təəssüf ki, o dövrdə bir çox yazarlarımız, ziyalılarımız bir-birlərindən Moskvaya, M.C.Bağırovun başının üstündə donoslar yazırdılar, bununla da onun əl-qolunu bağlayırdılar. Təsadüfi deyil ki, illər sonra Üzeyir Hacıbəylinin dəfn mərasimində, mərhum bəstəkarımızla vidalaşma mərasimi keçiriləndə Mir Cəfər Bağırov foyedə onlardan bəzilərini görür və hiddətlə "Moskvaya qalaq-qalaq donoslar yazmaqla Üzeyiri siz öldürdünüz" – deyir”.

Həmçinin Bağırovun özünün də həbs olunmaq, güllələnmək təhlükəsindən uzaq olmayıb. Yuxarıda qeyd olunan məqalədə bununla bağlı fakt:
“1938-ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komissarlığından böyük bir qrup komissiyası gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əks-inqilabla mübarizəsinin zəif təşkil edilməsini və M.C.Bağırovun əksinqilabçılara qayğı ilə yanaşmasını üzə çıxartmaq idi. Moskvadan gələn komissiya isə M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticələri kimi onun millətçi-təmayülçü olmağı barədə Moskvaya məlumatlar ötürürlər. Bu məlumatlarda onun «Hümmət» təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı.
Lakin hadisələrin məcrası L.P.Beriyanın 1938-ci ilin yazında SSRİ Xalq daxili işlər komissarının müavini seçildikdən sonra dəyişilir. Beriya bu vəzifəyə gəldikdən sonra onun ilk işlərindən biri kimi N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın düzgün yoxlanış aparmadığı barədə Stalinə məlumat vermək olur. Şübhəsiz, istər Beriya, istərsə də M.C.Bağırov Zaqafqaziyada onların iradəsindən asılı olmayan ədalətsiz həbslərin səbəbkarı kimi N.İ.Yejovun nə vaxtsa məsuliyyət daşıyacağını bilirdilər. Buna görə də 1938-ci ilin 24 noyabrında Siyasi büro Yejovu SSRİ xalq daxili işlər komissarı vəzifəsindən azad edir. Bu vəzifəyə isə L.R.Beriya seçilir”.
Mayın 17-də AYB-də xətrini çox istədiyim zabit yoldaşım, I Qarabağ müharibəsi veteranı, ziyallı insan Əli bəy Azərinin kitab təqdimatında iştirak edən zaman özünü “yazıçı” və müharibə “veteran”ı kimi gözə soxanlardan birini də tanıdım. Bu ünsür Süleyman Abdulladır!
Özünü “vətənpərvər” “yazıçı” kimi təqdim edən bu ikiayaqlı başladı ki, “Azərbaycan ədəbiyatında hərbdən, müharibədən bəhs edən bədii əsərlər yoxdur. Torpaqları işğal altında olan xalq üçün bu, ən böyük çatışmamazlığıdır”. Bu “savad”lının dediklərinə cavab kimi tədbirdə iştirak edən qocalardan biri Əlisa Nicat, Fərman Kərimzadə, Əzizə Cəfərzadənin tarixi romanlarını misal gətirsə də, o həyasızcasına “əşşi o dedikləriniz sovet dövrünün məhsuludur” deyə, uladı.
Təbdirdə çıxışlara yekun vurulub kitab imzası başlanan zaman həmin ünsürə yaxınlaşaraq: “niyə tarix və hərblə bağlı əsərlərimizi sovet məhsulu adlandırırsınız”? – deyə, müraciət etdim. Cavab olaraq: “o dövrdə bizim heç bir yaradıcılığımız olmayıb, həmin dövr tariximizdə ən böyük ləkədir, Bağırov kimi əclaflar neçə-neçə ziyallılarımızı məhv edib” və s. bu kimi çayxana təfəkkürlü ifadələr bildirdi. Hələ bu azmış kimi :
Xalqı naqis adlandıran “yazıçı”

“Sovet dönəmində dünyaya gəlmiş, yaşamış insanların hamısı naqisdir! Hətta, mən sovet sistemini qəbul etməyərək söysəməyimə baxmayaraq, mən də o dövrdə doğulmuşam, özümün də naqisliklərim az deyil” –deyə əlavə etdi. Naqisin bu ifadəsindən sonra mübahisə başladı, tezliklə üçüncü şəxslər araya girərək şillə-yumruq davasının başlanmasına yol vermədilər.

Tariximizi, ədəbiyyatımızı təhrif edən və xalqı naqis adlandıran bu natamama cavab olaraq deyirəm:
Birinci, sovet dövrü yox, 71 il mövcud olmuş, özünün bayrağı, gerbi, himni, dili (Azərbaycan dili) olan və tariximizdə II Respublika hesab edilən Azərbaycan Sovet Sosialist Respublikası (SSR) olub. Onu da xüsusi vurğulamaq istəyirəm ki, biz ittifaqa müstəqil dövlət kimi üzv olmuşuq. Hansı ki, həmin dövrdə bir çox xalqların vətənləri Çar Rusiyası zamanında olduğu kimi elə onun süqutundan sonra da əyalət olaraq qalmaqda idi. Özbəkistan ilə Türkmənistanda 1924-cü, Tacikistanda 1929-cu, Qazaxstan ilə Qırğızıstanda 1936-cı, Moldova və Karel-Fin də isə 1940-cı ildə dövlət statusları aldılar (o vaxta qədər Rusiyanın əyalətləri hesab edilirdilər A.İ). Qısası biz bütün türk və müsəlman aləmində yalnız ilk cümhuriyət deyil, həm də ilk sosialist quruluşlu dövləti də yaradan kimi tarix yazmışıq.
İkinci, kommunizm nomenklaturasında olsa belə, mədəniyyətimiz, ədəbiyatımız, incəsənətimiz, iqtisadi inkişaf, əhalinin sosial şəraitinin yüksək səviyyədə olması və s. məhz Azərbaycan SSR dönəmində mövcud olub. Bariz nümunə kimi bu gün bir çox abituriyentlərin oxumağı arzu etdiyi ali məktəblərdən :
Neft və Sənaye Universiteti (1920-ci ildə), Pedaqoji Universitet (1921-ci ildə), Tibb Universiteti (1930-cu ildə), Kooperasiya Universiteti (1930-cu ildə), Azərbaycan Ali Hərbi Məktəbi (1939-cu ildə), Mədəniyyət və İncəsənət Universiteti (1945-ci ildə), Bakı Slavyan Universiteti (1946-cı ildə), Texniki Universitet (1950-ci ildə), Azərbaycan Milli Elmlər Akademiyası (1945-ci ildə), Dillər Universiteti (1973-cü ildə), Memarlıq və İnşaat Universiteti (1975-ci ildə) məhz bu gün söydüyümüz Azərbaycan SSR-də yaradılıb.
Gördüyünüz kimi dörd ali təhsil ocaqları və Azərbaycan Milli Elmlər Akademiyasını, bəzi “ağzı göyçəklərin” cani, qatil, cəllad və küçə söyüşləri ilə təqdim etdiyi M.C.Bağırov dönəmində yaradılıb. Ən azından xalqını məhv etmək istəyən şəxs bu xidmətləri etməzdi!
Üçüncü, məhz Azərbaycan SSR-də Azıx mağarası öyrənilməklə dünyada ən qədim insan qalığın dördüncüsü, vətənimizin dünyanın ən qədim yaşayış məskənlərindən biri olması, Manna, Atropatena, Albaniya kimi qədim dövlətlərimiz, eləcə də Atropat, Cavanşir, Babək, Şah İsmayıl kimi nəhəng tarixi şəxsiyyətlərimiz bizə tanıtdırıldı, Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Akim Abbasov, Mahmud Əbilov, Valeh Bərşadlı kimi müasir hərb tariximizdə izlər buraxan döyüşçülər, generallar yetişdi.
Dördüncü, 1991-ci ildən bu yana az da olsa Qarabağ müharibəsi ilə bağlı Sevindik Mehmanın “İşğal”, Aqil Abbasın “Dolu”, Tural İrfanın “Kamikadze (I cild)”, gənclərdən Teymur Əzizovun “Ölümə gedənlərin son rəqsi”, həmçinin Ağarəhim Rəhimovun, mərhum Seyfəddin Şıxlının (ehtiyatda olan polkovnik-leytenant) əsərləri vardır.
Beşinci, Süleyman Abdulla və onun kimi naqislərin bu dediklərimdən xəbəri yoxdursa deməli, bu cür ikiayaqlıların savad və məlumatlılıq göstəriciləri ibtidai icma quruluşunda mağarada yaşayanların dərəcəsindədir.
Azərbaycan Respublikasının qanunlarının əsasını təşkil edən Konstitusiyamızın 4-cü maddəsində (Xalqı təmsil etmək hüququ) deyilir: “Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından müraciət etmək hüququ yoxdur”.
Görəsən, Süleyman Abdulla kimi naqis yuxarıda qeyd etdiyim maddəni bilirmi ki, qanun xalqın adından danışmaq, xalqın əvəzinə qəti fikir bildirməyi qadağan etdiyi halda o, harınlayıb xalqı təhqir edir.
Bu olaydan xəbərdar olan, xətrini çox istədiyim, adını açıqlamaq istəmədiyim maarifçi-yazıçının ifadəsini qeyd etmək yerinə düşər:
“O kəslər ki, öz xalqını naqis və s. bu kimi ifadələrlə aşağılayırsa, həmin sözlər birinci növbədə onun yaxınlarına aid olur, ona görə də əsəbləşməyə dəyməz”.
Tanışım haqlı vurğulayır öz nəsil-kökünün naqisliyini açıq etiraf edə bilməyənlər bunu xalqın adına bağlayaraq dilə gətirirlər.
Lakin özünü “yazıçı”, “veteran” kimi gözə soxan əslində isə naqisin böyüyü olanları xalqa tanıtdırmaq hər bir vətəndaşın borcudur.
Elə bir zaman gəlib ki, bir-iki abzas oxuyanlar ziyallı, ad-soyadını güclə cızma qara edənlər yazıçı, jurnalist olur. Görəsən ağzının danışığını bilməyən, baş əvəzi boş daşıyanlar, boşqabdibi yalıyan tör-töküntülər, naqislər necə gəlib AYB-nə üzv olur?!
Əgər 1937-1938-ci illərdə günahlı-günahsız ədiblərimiz, ziyallılarımız, həbslərə, sürgünlərə, güllələnməyə məruz qalıbsa, bu gün AYB-ni yuxarıda qeyd etdiyim naqislərdən təmizlənməsi üçün geçikmiş olsa da, haqlı repressiya ehtiyac var!

Abdulla İsmayıloğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930