atatv.az
atatv.az

Qarabağ əlillərinə 50 avtomobil verildi

28-05-2019, 14:34

Qarabağ əlillərinə 50 avtomobil verildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri ildən-ilə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

"Qafqazinfo” xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində ƏƏSM nazirinin müavini Anar Kərimov tədbir iştirakçılarını 28 May-Respublika günü münasibəti ilə təbrik edib.

O qeyd edib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib. Cənab Prezidentin tapşırığı ilə cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq. Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub.

Qarabağ müharibəsi əlillərinin digər istiqamətlərdə də dövlət qayğısı ilə təmin olunduqlarını qeyd edən A.Kərimov diqqətə çatdırıb ki, 2018-ci ildə 265 müharibə əlilinə minik avtomobili verilib. Dövlət başçısının 18 mart 2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.
Nazir müavini şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiriləcəyini bildirib, avtomobillə təmin olunan vətəndaşları bu münasibətlə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri müharibə əlillərinin, şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıblar.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031