atatv.az
atatv.az

Kral Salman Qətər əmirini Məkkəyə dəvət edib – İranla gərginlik fonunda…

29-05-2019, 11:15

Kral Salman Qətər əmirini Məkkəyə dəvət edib – İranla gərginlik fonunda…

«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı iki fövqəladə ərəb sammitində iştirak etmək üçün Qətəri mayın 30-na Məkkəyə dəvət edib. Bu barədə Qətər Əmirliyinin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib («Röyter»).

Ötən həftə Qətər nümayəndələri iki sammitə dəvət almadıqlarını bildirmişdilər. Bu sammitlərin gedişində Səudiyyə Ərəbistanının təşəbbüsü ilə bölgədəki son gərginlik, xüsusilə də Krallığın neft infrastrukturuna hücumların müzakirəsi planlaşdırılır.

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən istənilən tədbirdə Qətərin iştirakı problemli olur. Səbəb – 2017-i ilin iyununda ərəb dövlətləri arasında baş qaldırmış böhranın hələ də həll olunmamış qalmasıdır. Ancaq anlamaq olar ki, Fars körfəzində yaranmış gərgin vəziyyət, ABŞ və onun ərəb müttəfiqləri ilə İran arasıda artan qarşıdurma Ər-Riyadın mövqeyinə müəyyən korrektələr edib.

Qətər XİN-nin məlumatına görə, bu ölkənin əmiri Təmim bin Hamad əl-Tani Səudiyyənin kralı Salman ibn Əbdül-Əziz əl-Səuddan Fars körfəzi ərəb dövlətlərinin sammitində və ərəb dünyası liderlərinin daha geniş görüşündə iştirak etmək üçün dəvət alıb.

Bəyanatda deyilir ki, dəvət və uyğun məktub Qətər tərəfinə Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri vasitəsilə çatdırılıb. Bununla bərabər, əmirliyin xarici siyasət idarəsində Tamimin bu dəvəti qəbul edib-etməyəcəyini dəqiqləşdirməyiblər.

Bundan əvvəl Birləşmiş Ərəb Əmirlklərinin nümayəndələri bəyan ediblər ki, bölgədə yaranmış «indiki kritik vəziyyət ərəblərin və Fars körfəzi ölkələrinin vahid mövqeyini qaçılmaz edir».

Xatırladaq ki, 2017-ci ilin iyuunda «ərəb kvarteti» (Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri) Qətərə qarşı sanksiyalar və nəqliyyat blokadası tətbiq edib.

Bu dövlətlərin hakimiyyətləri iddia edirlər ki, Qətər Yaxın Şərq bölgəsində fəaliyyət göstərən terrorçu qruplaşmaları dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930