atatv.az
atatv.az

Sumqayıtda yeni massivin qazlaşdırma işləri icra olunur

29-05-2019, 17:08

Sumqayıtda yeni massivin qazlaşdırma işləri icra olunur

















AtaTv.az xəbər portalına daxil olan məlumata əsasən “Azəriqaz”İstehsalat Birliyi tərəfindən ölkənin yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, təbii qazın bərpası, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir.
Dövlət başçısının göstərişinə uyğun olaraq, respublika üzrə qazlaşdırma səviyyəsi 2019-cu il yanvar ayının 1-nə 95,7 faizə çatdırılmışdır. Bu isə əhalinin böyük hissəsinin təbii qaza olan tələbatının ödənilməsi deməkdir. Ötən illərdə olduğu kimi bu ildə qazlaşma işləri rayonlarla yanaşı Sumqayıt kimi böyük şəhərlərin genişlənən hissələrində də davam etdirilir. Hazırda Sumqayıt şəhərinin qaz təchizatı yenilənir, yeni “smart” tipli sayğaclar quraşdırılır, köhnə qaz xəttləri yeniləri ilə əvəz edilir. Eyni zamanda şəhərin sumqayıt çay adlanan hissəsinin qazlaşdırılması işləri aparılır. Ümumilikdə 175 mənzilin olduğu ərazinin qazlaşdırılması üçün 6000 metrə yaxın müxtəlif diametrli qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub ki,artıq işlərin 85 faizi yerinə yetirilib. Bundan başqa şəhərin Yeni sumqayıt adlanan yaşayış massivinin cari ildə qazla təmin olunması üçün layihələndirmə işləri aparılır.
Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaq.
Əhalinin təhlükəsiz və itkisiz mavi yanacaqla təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanın artırılması məqsədilə görülən tədbirlər Sumqayıt sakinlərinin də ürəyincə olmuşdur.
AtaTv.az
Sumqayıtda yeni massivin qazlaşdırma işləri icra olunur
Sumqayıtda yeni massivin qazlaşdırma işləri icra olunur
Sumqayıtda yeni massivin qazlaşdırma işləri icra olunur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930