atatv.az
atatv.az

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

30-05-2019, 10:02

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

Mayın 29-dan 30-na keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahidliyi etdi. Qarşılıqlı hücumlar şəraitində keçən final qarşılaşması “Çelsi”nin möhtəşəm qələbəsi – 4:1 hesabı ilə başa atdı.

Gözəl oyun sayəsində “Çelsi” Avroliqanın kubokunu qazandı.

Görəsən, millət vəkilləri final qarşılaşmasının nəticələrini necə qiymətləndirirlər?

Millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

“Çelsi”nin qələbəsinə mən həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində qələbəsi kimi baxıram. “Human Rights Watch”, “Amnesty International”da da bunu bilməmiş olmasınlar gərək”, - deyə o əlavə edib.

Millət vəkili Tahir Mirkişili bildirib ki, burada ən böyük qalib Azərbaycandır:

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

“Çirkin siyasi oyun əvəzinə gözəl futbol oyunu oynamaq lazım idi, cənablar! Haqsız olanlar sonda uduzurlar, böyük hesabla, bu gecədəki kimi! Gecənin ən böyük qalibi Azərbaycandır! Azərbaycanın ən böyük qalibiyyəti isə irəlidədir!”

Deputat Fazil Mustafa qeyd edib ki, onun verdiyi proqnoz düz çıxıb, “Çelsi” qalib gəlib:

“Demişdim ki, “Çelsi” 3-2 qazanacaq, hesab 4-1 oldu. Əsas odur ki, “Çelsi” qazansın. Buyurub bütün “Arsenal”lılar erməni formasını geyinsin, üstəlik, yalandan ağlaya da bilərlər. Necə ki, sevdikləri ermənilər yüz ildir yalandan ağlayırlar.

Gəldiyiniz ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizlik edəndə, bilmirdiniz ki, bunun ağlamaq anı da var? Qələbəyə görə “Çelsi”yə təbriklər, gözəl idman bayramı təşkilatçılığına görə də Azərbaycanımıza təşəkkürlər!”

Deputatlar dünənki oyun barədə: “Arsenal” indi ermənilərlə birgə ağlasın

Millət vəkili Qənirə Paşayeva isə bunları deyib:

“Təbriklər, “Çelsi” və təşəkkürlər, Azərbaycan! “Çelsi” azarkeşi olmasam da, bu oyunda onun qələbəsini istəyirdim. “Arsenal” klubunun heç zaman azarkeşi olmamışam, amma onların Bakıdakı oyun ərəfəsində erməni oyunçu ilə bağlı heç bir normalara sığmayan əməlləri, Azərbaycana qarşı haqsız hərəkətləri, özlərinin və tərəfdarlarının gəldiyi ölkənin qonaqpərvərliyinə hörmətsiz yanaşaraq ədəbsizliklər etməsi hamımızı hiddətləndirmişdi.

İndi oturub o erməni oyunçu, ermənilər ve böhtançılarla biabırçı məğlubiyyətlərinə birlikdə ağlayarlar. Qələbəyə görə “Çelsi”ni təbrik edirik. Gözəl idman yarışı təşkilatçılığına görə də ölkəmizə təşəkkürlər!

Azərbaycan bir daha ən yüksək səviyyəli tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini göstərməsi ilə bədxahlara şillə kimi cavab verdi. Allah düşmənlərə qarşı hər zaman ölkəmizə dəstək olsun!”(oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031